Azərbaycanda keçmiş partiya sədri həbs olundu
Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin həbs edilməsi barədə vəsatət verib.
Məhkəmə vəsatəti təmin edib və Anar Əsədli məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, partiya sədri 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilib. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb
Oxunub: 19
Xəbəri paylaş
Paylaş:





















