O, KQB agentitidir - Paşinyandan SƏRT İTTİHAM
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Erməni Apostol Kilsəsinin rəhbəri II Qaregini (dünyəvi adı Ktriç Nersisyan) sərt tənqid edib.
O bildirib ki, Qaregin əslində ruhanilik statusunu çoxdan itirib və “patriarx taxtını ələ keçirib”.
Paşinyanın sözlərinə görə, Qaregin subaylıq andını pozduğu üçün artıq kilsə nümayəndəsi sayılmır:
“O, çoxdan ruhani deyil. Mən Erməni Apostol Kilsəsinin mömin ardıcılı kimi bəyan edirəm: bu şəxs andını pozub, ailə qurub, övlad sahibidir və kilsə taxtını mənimsəyib.”
Baş nazir, həmçinin katolikosun qardaşı, arxiyepiskop Ezrası “KQB agenti” adlandırıb və kilsəni bu şəxslərdən “azad etməyə” and içib:
“Mən həyatımı qurban verməyə hazıram ki, kilsəmizi onlardan xilas edim.”
Oxunub: 15
Xəbəri paylaş
Paylaş: