Xarici ölkələrin NATO-dakı səfirləri Azərbaycana səfər edəcək
NATO-da akkreditə olunmuş 15 xarici ölkənin səfirlərindən ibarət heyət Azərbaycana səfər edəcək.
Diplomatik mənbələrn məlumatına görə, heyət Azərbaycanda noyabrın 6-7-də səfərdə olacaq.
Xatırladaq ki, sentyabrın əvvəlində NATO-da akkreditə olunmuş xarici ölkələrin səfirləri Ermənistanda səfərdə olublar. Bu səfər çərçivəsində onlar Ermənistan prezidenti, baş naziri və müdafiə naziri kimi rəsmilərlə görüşərək Ermənistan–NATO tərəfdaşlığı, regional təhlükəsizlik və demokratik dayanıqlılıq məsələlərini müzakirə ediblər./report
Oxunub: 18
Xəbəri paylaş
Paylaş: