Ərdoğanı İsrail Knessetində təriflədilər - Qarşıdurma yarandı
Əhməd ət-Tıybi İsrail parlamentinin komissiya toplantısında çıxış edərək Türkiyədəki İsrail vətəndaşı olan fələstinli tələbələrin ölkəyə qayıdışı üçün təyyarə ayırdığına görə Ərdoğana təşəkkür edib.
Bu zaman Baş nazir Netanyahunun lideri olduğu Likud partiyasından olan deputatlar ciddi narazılığını ifadə ediblər.
Beləcə, komissiyanın toplantısında əsl qarşıdurma yaranıb. Əhməd əl-Tıybi israilli deputatların etirazına cavab olaraq Benyamin Netanyahunun korrupsiya dosyelərini xatırladıb və “Mən xarizmatik liderləri sevirəm. Haqqında korrupsiya iddiaları olanı deyil” ifadələrini işlədib.
Oxunub: 416
Xəbəri paylaş
Paylaş: