Tixanovskaya Polşanın baş naziri ilə görüşəcək
Polşanın baş naziri Mateuş Moravetski Belarus prezident seçkilərinin eks-namizədi Svetlana Tixanovskaya ilə görüşəcək. Bunu şənbə günü Baş Nazirin dəftərxanasının rəhbəri Mixail Dvorçik mətbuat konfransında deyib.
“Üzümüzə gələn çərşənbə günü baş nazir Svetlana Tixanovskaya ilə görüşəcək”, - deyə Dvorçik bildirib.
O, görüşün əsas mövzularından birinin Belarusdakı aksiyalarda saxlanılan şəxslərin azad edilməsi ilə bağlı olacağını bildirib.
Oxunub: 359
Xəbəri paylaş
Paylaş: