Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • BUMERANQ -NƏ ƏKƏRSƏN, ONU BİÇƏRSƏN
  • Yeni milli təhlükəsizlik strategiyası Konqresə təqdim edilib - ABŞ RESPUBLİKAÇILARI ÇİN, RUSİYA VƏ İRANI HƏDƏFƏ GÖTÜRÜRLƏR /Tam mətn
  • STM sədri Zahid ORUC: "İlham Əliyev yeni hakimiyyət qurur"
  • PREZİDENT “ROSSİYA-24” KANALINDA AVROPA İTTİFAQINI TƏNQİD ETDİ: "Bu, saziş deyil, yuxarıdan göndərilən təlimatdır"
  • PANDEMİYA DÖVRÜNDƏ İSTEFALAR, YÜKSƏK VƏZİFƏSİNİ İTİRƏN RƏSMİLƏR: dünyada və Azərbaycanda fərqli qavrama - TƏHLİL

    • Tarix: 28-08-2020, 12:17


    Tahirə ALLAHYAROVA
    professor, STM-in İdarə Heyətinin üzvü, departament müdiri
     
    Qlobal pandemiya-COVİD-19 dövrü, həm də “koronageyt ”adlandırılan qalmaqallı hadisələrlə müşahidə olunub. Bütün dünyada son aylar karantin qaydalarını, məhdudiyyət və qadağaların pozduğu üçün  həm də yüksək vəzifə sahiblərinin öz işlərini itirməsi, bəzən könüllü, əksər vaxtlarda isə, ictimaiyyətin yaxuq opponentlərin təzyiqi ilə istefaya getmə mərhələsi olub. Pandemiyanın başlamasından tam 6 ay sonra Azərbaycanda da, karantin qaydalarına əməl edilməsi ilə bağlı rəsmi şəxslərin ilk istefası baş verdi.  Eyni zamanda,bu proseslərə münasibəti, müxtəlif ölkələrdə qaydalara əməl edilməməsinə görə istefalar və s. hadisələrə cəmiyyətin, eləcə də, müxtəlif tərəflərin reaksiyasının fərqli olması maraqlı təhlil mövzusu ola bilər.

    Müqayisəli təhlil üçün dünya ölkələrində baş verən analoji proseslərə nəzər salmaqla, Azərbaycanda ictimai və fərdi reaksiyaların xüsusiyyətlərinə baxmaq olar. Qadağaları pozma səbəblərindən asılı olaraq, həmin hadisələr, dilimizdə uyğun səslənməsə də, “golfgate, sea-dənizgate, restoranqeyt, toygeyt”lər kimi adlandırıla bilər.

    “Golfgate”- İrlandiya koronavirus qalmaqalı. Bu günlərdə Avropa Birliyinin Ticarət işləri üzrə komissarı, əslən irlandiyalı Fil Hoqan( Phil Hogan) rəsmi koronavirus qaydalarını pozaraq, County Galvey adlanan məkanda qolf oyununda, “kütləvi şam yeməyində” iştirak edib.O, həmçinin, səyahət məhdudiyyətlərinə məhəl qoymamaqda, maşın sürərkən mobil telefonunda danışmaqda ittiham olunur. Avropa Komissiyası  işin bütün təfərrüatlarını araşdırmaqdadır. “Euronews” xəbər agentliyi qeyd edir ki, Avropa Ticarət Komissarının ehtimal olunan istefası, hazırkı məqamda,Vaşinqton və London arasında vacib danışıqlar zamanı Brüssel üçün böyük bir siyasi problem yarada və Avropa Birliyi daxilindəki koordinasiyanı poza bilər.

    Fil Hogan karantin tədbirlərini pozduğu üçün istefa tələbləri ilə ilə üzləşib. İstefa çağırışlarına cavab verməkdən boyun qaçıran komissar sadəcə “bir qolf oyununda iştirak etdiyinə görə “çox üzüldüyünü” söyləyib. Çərşənbə günü “County Galvay”adlı otel restoranında keçirilən tədbirdə bir neçə məşhur İrlandiya siyasi xadimi, bir hökumət naziri, senatorlar və Ali Məhkəmənin hakimi iştirak edib.

    Məsələ burasındadır ki, F.Hoqanla görüşün bəzi iştirakçıları koronovirusla bağlı məhdudiyyətlərin tətbiqinin məhz təşəbbüskarları olub. Üstəlik də axşam yeməyi İrlandiya hökumətinin COVID-19-la bağlı yeni qadağaların elan edilməsindən,  “otel və  restoranlarda rəsmi və ya qeyri-rəsmi tədbirlər və ya əyləncəli görüşlər” daxil olmaqla toplantılara qoyulan məhdudiyyətlərin elan edilməsindən bir gün sonra  keçirilib. 80-dən çox iştirakçının olduğu naharda qaydaları pozan iştirakçılar 10 nəfərlik masalarda oturub. 50-dən çox insanın görüşünə qadağa qoyulduğu üçün  təşkilatçılar otaqlar arasında bölücü “hasarlar” yerləşdirib. Qonaqlar arasında parlament üzvləri, senatorlar, Ali Məhkəmə, ədliyyə rəsmiləri, Avropa Komissiyasının üzvü və İrlandiyanın Kənd Təsərrüfatı naziri də olub. Axşam yeməyi  Kənd təsərrüfatı naziri Dara Kalleri’nin istefa verməsi ilə nəticələnib.

    Nəticə olaraq, baş nazir Michol Martin- iqtidar partiyasından olan 3 senatorun – Fina Foil, Paul Daly, Aidan DeVitt və Niall Blarneyin səlahiyyətlərini ləğv edib. Avropa Birliyinin Ticarət məsələləri üzrə Komissarı Fil Hogan hazırda tənqid atəşi altındadır. Avropalı məmurdan, kənd təsərrüfatı nazirinin nümunəsinə əməl edərək istefa verməsi tələb edilir. İctimaiyyət və rəsmi İrlandiya F.Hoganın, Belçikadan İrlandiyaya gələrkən riayət etməli olduğu iki həftəlik karantini pozmaq hərəkətində də ittiham edir.

    Bir həftə müddətində F.Hoqan üzr istəməklə qurtula biləcəyini düşünürdü. Avropa Komissarı etiraf edib ki,”hamı üçün  çətin bir vaxtda belə bir tədbirdə iştirak etməsi ilə vətəndaşları incitdiyinin fərqindədir”. Lakin durum çətindir və getdikcə daha çox insanları “Golfgate” işinə cəlb olunması çıxılmaz vəziyyət yaradıb. Belə ki, “Golfgate”-dən dərhal sonra, irlandiyalı fəallar “Seçim azadlığı-Koronavirus məhdudiyyətlərinə etirazlar” adlı yeni bir etiraz aksiyasını başladıb. Ədliyyə naziri Helen MakInteye, aksiyada çıxış edənlər arasında qaçqınların hüquqlarını müdafiə edən Beynəlxalq Apelyasiya Tribunalını (International Protection Appeals Tribunal (IPAT)təmsil edən vəkil Unu MasGurkun da olmasını diqqətə çəkərək, qaydaları pozmaqda ittiham edib. İrlandiyalı nazir, bu vəkilin müdafiə etdiyi müştərilərə- öz vəkillərindən hüquq müdafiəçisi kimi sanitariya normalarına əməl edilməməsi ilə bağlı şikayət verməyə çağırış da edib.

    Nəhayət, dünən, avqustun 27-də F.Hoqan  istefa verdiyini bəyan edərək deyib: “Mən bilirəm ki, qanunu pozmamışam. Lakin bir neçə səhvlər olub və onlar AB Komissiyası və məni işdən yayındırmağa səbəb olub. Belə nəticə çıxardım ki, bizi yayındıran heç bir hərəkətə yol verməməliyik.” Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen, Tvitter səhifəsində Fil Hoganın qərarına hörmət etdiyini söyləyib, görülən işlərə görə  ona təşəkkür edib. Eyni zamanda, Brüsselin hazırda Brexit-dən sonrakı “AB-İngiltərə münasibətləri” ilə bağlı danışıqlarda əsas fiquru kimi Ticarət nazirini təcili əvəz etməli olacaqlarını da bildirib.

    Dünyanın miqyaslı kütləvi karantin qaydalarına görə “borclu olduğu” insanlardan biri, sərtləşdirmə  tədbirlərinin alternativsizliyini kompüter modelləşdirmələri əsasında sübut edən müəllif, London İmperial Kollecinin professoru və epidemioloqu Neil Ferqusondur. O, İngiltərədə 250 min insanın hökumətin müəyyən etdiyi karantin olmasa koronavirusdan ölə biləcəyini bildirmişdi. Məhz onun bu tövsiyəsi əsasında, martın 23-də İngiltərənin baş naziri virusun yayılmasının qarşısını almağa yönəlmiş sərt məhdudiyyətlər elan edilməsini istəyib. Bu tədbirlərə görə “birlikdə yaşamayan cütlərə bir-birlərini görməyə icazə verilməyib”.Lakin professor Ferqyuson da məhz bu sonuncu səbəbdən- özünün dünyaya təklif etdiyi sosial məsafə qaydalarını  pozub. “The Daily Telegraph” qəzeti Fergüsonun tanışı olan xanımla iki dəfə   London ətrafında yerləşən evində görüşdüyünü bildirib. Bundan sonra o, İngiltərə hökumətinin koronovirus üzrə məsləhətçisi vəzifəsindən, Fövqəladə Hallar üzrə Elmi Məsləhət Qrupundan (SAGE)   istefa verib.

    Koronovirusla mübarizə sahəsində dünyada qabaqcıl təcrübəsi təqdir edilən Yeni Zelandiyanın Səhiyyə naziri Devid Klarkın istefa verməsi paradoks sayıla bilər. Koronavirus boyda çətinlikdə, pandemiya ilə mübarizədə qalib gələn Səhiyyə naziri, adi məsələdə- sosial məsafə qaydalarının pozmağa görə istefa verib.  Yeni Zelandiyanın Səhiyyə naziri Devid Klark koronavirus pandemiyasına görə tətbiq olunan karantin rejimi dövründə iki dəfə özünütəcrid qaydalarını pozub, ailəsi ilə birgə çimərliyə gedib. Məsələni şərh edən Baş Nazir Casinda Ardernin sözlərini sitat gətirən qəzet yazır: “Devidin qənaətinə görə, onun bu vəzifədə qalması hökuməti koronavirusla mübarizə tədbirlərindən, həmçinin səhiyyə sahəsində böyük islahatlardan yayındıra, insanların inamı azala bilər”.

    Şotlandiya səhiyyə naziri və baş həkimi Ketrin Keldervud (Catherine Calderwood) karantin pozuntusuna görə istefa verib. Ketrin Keldervud ölkədə koronavirusla gərgin mübarizə aparıldığı dönəmdə  Şotlandiya paytaxtından təxminən bir saatlıq məsafədə olan   Edinburqdan   iki dəfə bağ evinə istirahətə gedib. Polis ona qayda pozuntusu ilə bağlı rəsmi bildiriş göndərib. Səfərlərin fotoşəkilləri mediada göründükdən sonra nazirin davranışı müxalifət nümayəndələri və ictimaiyyət tərəfindən tənqid atəşinə tutulub. Ölkə başçısı Nikola Sterjen K.Keldervudu müdafiə etməyə çalışsa da, onun istefası barədə qərar verilib. Özü bütün sakinlərə evlərini tərk etməməyi tövsiyə edən xanım Keldervud  qayda pozduğuna görə üzr istəyib: “Başqalarına verdiyim məsləhətlərə özüm əməl etmədim, çox üzr istəyirəm. Etdiyim səhv idi. Təəssüf edirəm ”deyə- keçirdiyi xüsusi brifinqdə bildirib. Üzrxahlıq tənqid hücumlarının qarşısını ala bilmədiyi üçün nazir istefasını elan edib.  İctimai qınaq fonunda vəzifəsindən istefa verib. Nazirin ölkənin şərqində yerləşən bağ evindəki istirahət zamanı jurnalistlər tərəfindən çəkilən şəkilləri “The Scottish Sun” nəşrində dərc edilib.

    Yaponiya. Koronovirusla mübarizə gedişində sosial özünütəcrid qaydalarını pozmağa görə, nəinki hazırda tutduğu  vəzifəsindən istefa verən,hətta gələcəkdə əsas namizədlərdən olduğu yüksək vəzifə şansını da itirən  rəsmi şəxslərdən biri də- Tokionun baş prokuroru Hiroma Kurokava olub. Baş prokuror Hiroma Kurokava bu hərəkəti ətrafında qalxan qalmaqal,Yaponiyada keçirilən ictimai rəy sorğusunun nəticələrinə görə hökumətə inamsızlığı 45 faizdən 64 faizə qaldırıb. Halbuki, Yaponiyanın Baş naziri Şindzo Abe ilə yaxın münasibətlərə malik olduğu deyilən H.Kurokava milli prokurorluq sistemində ikinci şəxs, ölkənin baş prokuroru vəzifəsinə isə 1-ci,əsas namizəd hesab edilirdi. H.Kurokava ölkədə fövqəladə vəziyyət rejiminin hökm sürdüyü və hökumətin insanlar arasında təması 70-80 faiz azaltmağa çalışdığı bir vaxtda tanış jurnalistin evinə gedərək onunla qumar oynamaqda ittiham olunur. Həmin vaxt orada digər jurnalistlərin də olduğu və onların da pul ilə “maconq” oyununa qatıldığı bildirilib.

    Yaponiyada qumar oyununun qanunla qadağan olması da əsas dəlillərdən olub. Bununla yanaşı, prokurorun iştirakı ilə belə görüşlərin son üç ildə ayda iki-üç dəfə təşkil edildiyi də məlum olub. Bu oyun zamanı bir məzənnənin 20 min yen (təqribən 185 dollar) təşkil etdiyi də bildirilir. Bu qalmaqalı qızışdıran daha bir məqam isə hadisənin parlamentdə prokurorluq haqqında qanuna düzəlişlərin müzakirə edilməsi ilə eyni vaxta düşməsidir. Müxalifətin bu məsələdə qabartdığı bənddə yaş həddinin artırılması göstərilir. Həmin partiyalar bildirirlər ki, qanuna düzəlişdə məqsəd hökumətə yaxın olan H.Kurokavanın ölkənin baş prokuroru vəzifəsinə yerləşdirilməsi olub. Baş nazir Şinzo Abe yaranmış vəziyyətlə əlaqədar qanun layihəsinə yenidən baxılacağını artıq bəyan edib. H.Kurokava isə Tokionun baş prokuroru vəzifəsindən istefa verib.

    Böyük Britaniya ilə bağlı nümunədə vəziyyət bir qədər fərqlidir. Burada Britaniya Baş nazirin müşaviri Dominik Kamminqsin karantin rejimini pozsa da, ictimai qınağa dirənc göstərə bilib. Dominik Kamminqs koronavirusa yoluxduğu halda valideynlərini ziyarət etməyə gedib. Bu isə,eyni arzusu olan,lakin qadağalara görə onu reallaşdıra bilməyən  ictimaiyyət arasında etirazlara səbəb olub. Baş nazirin müşavirinin hərəkətinə görə hökumət üzvü, dövlət naziri Duqlas Ross istefa verib.

    “Politico” nəşrinin məlumatına görə, Duqlas Ross bu qərarını izah etmək üçün bildirib: “Əzizləri ilə vidalaşa bilməyən seçicilərim var; birlikdə yas tuta bilməyən ailələr; hökumətin qaydalarına əməl etdikləri üçün xəstə qohumlarını ziyarət etməyən insanlar var. Mən onların hamısının haqsız olduqlarını və hökumətin baş nazirin müşavirinin isə haqlı olduğunu söyləyə bilmərəm”.   D.Ross həmçinin qaydalara əməl edilməsində  “ikili standartların yolverilməz olduğunu” da xatırladıb.

    “Politico” nəşrinin məlumatına görə, Duqlas Ross bu qərarını izah etmək üçün yazıb: “Əzizləri ilə vidalaşa bilməyən seçicilərim var; birlikdə yas tuta bilməyən ailələr; hökumətin qaydalarına əməl etdikləri üçün xəstə qohumlarını ziyarət etməyən insanlar var. Mən onların hamısının haqsız olduqlarını və hökumətin baş nazirin müşavirinin isə haqlı olduğunu söyləyə bilmərəm”.
    Qaydaları pozan müşavirin israrla özünü nə əsasla müdafiə etməsi də maraqlıdır.

    Dominik Kamminqs (Dominic Cummings) öz uşağı və xəstə həyat yoldaşını  418 km məsafə uzaqlıqda yerləşən valideynlərinin yanına apardığını əsaslandıraraq, buna görə təəssüf hissi keçirmədiyini deyib.O, həmçinin könüllü şəkildə istefaya çıxmaq niyyətində olmadığını vurğulayıb. “Mənim istefa qərarımı yalnız  Baş nazir  verə bilər” deyən baş müşavir artıq valideynlərindən ayrı evdə yerləşdiyini söyləyib. O, yaşadığı evin qarşısında keçirilən aksiya və təhqirlərdən, sosial şəbəkələrdə də özünə qarşı hücum çağırışlarından şikayətlənib.

    Avstraliyanın Yeni Cənubi Uels  (The New South Wales ) ştatının   Mədəniyyət naziri Don Harvin, qaydaları pozaraq, istirahət evində qaldığı üçün 1000 dollar cərimə edildikdən sonra istefa verib. Avstraliya hökuməti vətəndaşlarını Pasxa günü evində olmağa çağırdığı halda, Harvin şəhərkənarı  iqamətgahına gedib və qaydaları pozub. Don Harvin, istefa ilə bağlı verdiyi açıqlamada deyib ki, “Yaşayış yerimin problemə çevrilməsinə çox təəssüf edirəm. Koronavirus böhranı ilə mübarizədə hökuməti dəstəkləməkdən vacib bir şey yoxdur.”

    Polşanın Səhiyyə naziri  Lukaş Şumovski koronavirusla mübarizə layihələrində dostlarına və ailəsinə onunla əlaqələrdən istifadə edərək pul qazanmasına icazə verdiyinə dair ittihamlarla üzləşərək istefa verib.  Səhiyyə nazirliyinin, Polşada koronovirusdan mühafizə üçün tətbiq olunan   5 milyon zlotix məbləğində   maskanın standartlara cavab verməməsi, həmin sövdələşmənin vasitəçisinin səhiyyə nazirinin qardaşı olması,  bundan əlavə, Şumovski ailəsi ilə əlaqəli şirkətin dövlətdən müxtəlif layihələrdə 140 milyon zlotix aldığını aşkar edilib.

    Koronaviris səbəbindən səs-küylü istefalara digər misallar da var. Qananın baş nazirinin müavini   Carlos Kingsley Ahenkorah,virusla mübarizəyə qarşı qaydaları pozmasından sonra vəzifəsindən gedib. Belə ki, COVID-19 la bağlı  testi pozitiv çıxan nazir müavini, özünütəcrid müddəti bitmədən ictimai yerləri ziyarət edib.
     
    Belə istefa halları da olub:  Hindistanın Gujarat ştatında nazirin oğlunu sosial özünütəcrid qaydalarının, komendant saatı qadağasını pozduğuna görə  Gujarat ştatının səhiyyə nazirinin oğlu və onun iki dostunu həbs edən polis qadın istefa verib. Mediada özünə təzyiqlər olduğundan istefa ərizəsi yazaraq bildirib:”Yuxarı rütbəli zabitlərimdən dəstək almadığım üçün istefa verdim. Mən yalnız  konstitusiya ilə müəyyən edilmiş vəzifə borcumu yerinə yetirirdim. Bu insanların (nazirin oğlu kimi) özlərini VVIP (çox vacib şəxslər) hesab etdikləri sistemimizin günahıdır.” Onun  istefası  rəhbərlik tərəfindən qəbul edilməyib. Səbəbi belə izah edilib ki, istintaq hələ davam etdiyi üçün texniki baxımdan bu anda onun istefası qəbul edilə bilməz.”

    Azərbaycanda da pandemiyanın başladığı altı aydan sonra ilk rəsmi istefa baş verdi. Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı, parlamentin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzov xüsusi karantin qaydalarını pozduğuna görə 400 manat məbləğində cərimə olunub. Buna görə partiyanın Sədrinə   müraciət edərək onu partiyada tutduğu vəzifədən azad etmək barədə xahiş edib. İstefa qəbul edilib. [10]

    Dünyada baş verən istefa hadisələrinin həmin ölkələrdə ictimai rəy tərəfindən təbii-obyektiv yanaşma kimi qəbul edilməsi nəzərə çarpır. Bununla müqayisədə Azərbaycanda toplumun bu məsələyə hüquqi dövlətdə qaydalara əməl edilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində adi və adekvat hal kimi qəbul edilməsi bir qədər fərqli-ajiotaj formatında qəbul edilir. Halbuki baş verənlər koronavirusa qarşı mübarizədə həyata keçirilən hüquqi normalara əməl edilməsi, Azərbaycanda hüquq sistemində islahatların təkmilləşməsi kontekstində dəyərləndirilməlidir.

    Onu da qeyd etmək vacibdir ki, koronovirus bütün dünyada analoji problemlər, qaydalara əməl edilməsində eyni hüquqi presedentlərlə yanaşı, həmçinin, sosial-psixoloji amilləri də  ortaya çıxarıb. Yuxarıda sadalanan misallarda görünür ki, qaydalara görə cəzalandırılmalarda narazılıqlar hər yerdə rast gəlinir ki, bu da sözü gedən,pandemiya dövründə ilk dəfə baş verən  hüquqi presedentlərlə bağlıdır.  Baş verənlərə həmçinin ən azı həm də bu fərqli: sosial-psixoloji prizmadan baxmaq da mühüm məsələdir. Reallıqda isə, bütün dünyada qaydaların pozulmasına görə baş verən, adi hal alan istefa məsələsinin,yerli informasiya məkanında müşahidə edilən ifrat siyasiləşdirilmə meyilləri   normal sayıla bilməz.

    Şəxsən bizə, Yeni Zelandiyada virusla çətin lakin həm də,  uğurlu mübarizə fəaliyyətini təşkil edən Səhiyyə nazirinin bundan qat-qat asan olan sosial özünütəcrid qaydasına  əməl etməyib, istefaya getməsi- paradoks qədər də diqqət çəkici məqam kimi görünür. Bütün bunlar olduqca düşündürücü məsələlərdir. İki əsrlik yaşı olan transmilli “The Lancet ” jurnalı məcburi təcridin psixoloji təsirləri ilə bağlı  dərc edilmiş 3166 elmi məqalədən  24-ünü  seçib, karantinin insanların psixoloji sağlamlığına təsiri ilə bağlı tövsiyə edib. Pandemiyanın əsas psixoloji nəticələrinin- sosial stress, həyəcan və  narahatlıq səviyyəsinin artmasında ifadə olunması vurğulanıb.

    İnsanların və ya toplumun qadağalara dözümlə bağlı psixoloji limit həddininmi olması, yaxud “Covid-dissidentlərin”ortaya çıxma səbəbləri təbii ki, hələ araşdırmaların mövzusu olacaq. “Vəba”əsərinin müəllifi A.Kamyuya görə: “Vəba ilə mübarizədə yeganə vasitə- məsuliyyətdir, vicdandır”deyimi əbədi resept kimi görünür.(“The only means to fight the plague is honesty.” (Albert Camus, 1947).

    Karantində bizə təsir edən  əsas stressorlar kimi: karantinin müddəti;yoluxma qorxusu; qeyri-müəyyənlik,ümidsizik və darıxma; saglamlığı təminatı üçün tibbi vasitə çatışmazlığı; məlumatsızlıq, qeyri-adekvat kommunikasiya amilləridir. Bu baxımdan bütün ölkələrdə sosial-psixoloji dəstək xidmətləri də ön cəbhədədir. Azərbaycanda son illərdə əksər hallarda biznes məqsədi ilə yaradılan bəzi psixoloji qurumların potensialı deyilənlər baxımından “sıfıra” bərabərdir.

    Koronavirus dövründə psixoloji xidmətin dünyada ilk sıralarda olduğu ölkələrdə,əmin xidmətlərin “Teletibb” də daxil olmaqla tətbiq olunan geniş spektrinə baxmaq kifayətdir.

    Pandemiyaların yol yoldaşımıza çevrildiyi deyilən hazırkı əsrdə yeni sosial davranış normalarını ənənəyə çevirə bilməmiz üçün karantinin sosial-psixoloji təsirləri və onun cəmiyyətdə aradan qaldırılması tədbirləri ilə bağlı konsepsiyanın hazırlanması  çox vacibdir. 
    Yeni sosial davranış normaları isə toplum olaraq   bizim ən böyük qazancımız ola bilər.

    Oxunub: 730
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.