Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
Press-fakt.az
    
  • Keçmiş icra başçısı Musa Şəkiliyev hakim qarşısına çıxarıldı - 
    Keçmiş icra başçısı Musa Şəkiliyev hakim qarşısına çıxarıldı -  Qərar verildi /MƏHKƏMƏ
  • 
  • Dünyanın ən güclü pasportları açıqlandı:
    Dünyanın ən güclü pasportları açıqlandı: Azərbaycan neçəncidir?
  • 
  • Azərbaycanda bu şəxslər dövlətdən pulsuz avtomobil ala bilər -
    Azərbaycanda bu şəxslər dövlətdən pulsuz avtomobil ala bilər - RƏSMİ
  • 
  • Ukraynada çağırış yaşında olan 1,5 milyon kişi
    Ukraynada çağırış yaşında olan 1,5 milyon kişi AXTARIŞA VERİLDİ
  • 
  • Prezident bu nazirliyin bəzi səlahiyyətlərini ləğv etdi
    Prezident bu nazirliyin bəzi səlahiyyətlərini ləğv etdi
  • 
  • Krımdan yerli əhali təxliyyə edilir -
    Krımdan yerli əhali təxliyyə edilir - Feodosiya neft bazasında yanğın...
  • 
  • Ən çox şikayət olunan internet provayderlərinin adı açıqlanıb
    Ən çox şikayət olunan internet provayderlərinin adı açıqlanıb
  • 
  • Mərkəzi Bank Adil Əliyevi cərimə etdi -
    Mərkəzi Bank Adil Əliyevi cərimə etdi - Valyuta qaydalarını pozduğu üçün
  • 
  • Kadırov 36-cı medalını aldı - 
    Kadırov 36-cı medalını aldı -  Onların arasında görün hansı medallar var?
  • 
  • Plastik cərrahiyyədə “ƏLƏKDƏN KEÇƏNLƏR”:
    Plastik cərrahiyyədə “ƏLƏKDƏN KEÇƏNLƏR”: Kimə İCAZƏ verildi, kimlər KƏNARDA QALDI? - ADLAR
  • 
  • Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək
    Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək
  • 
  • İşğaldan azad olunan ərazilərdə yaşayanların sayı AÇIQLANDI
    İşğaldan azad olunan ərazilərdə yaşayanların sayı AÇIQLANDI
  • 
  • Çindən Rusiyaya dron texnologiyası axını güclənir -
    Çindən Rusiyaya dron texnologiyası axını güclənir - "The Washington Post"
  • 
  • Prezident Yaxın Şərq Sülh Sammitində iştirakı ilə bağlı
    Prezident Yaxın Şərq Sülh Sammitində iştirakı ilə bağlı VİDEO PAYLAŞDI
  • 
  • Tramp dünyanın ən zəngin ölkəsinin adını AÇIQLADI
    Tramp dünyanın ən zəngin ölkəsinin adını AÇIQLADI
  • 
  • BU ölkənin PREZİDENTİ Fransanın hərbi təyyarəsi ilə QAÇDI -
    BU ölkənin PREZİDENTİ Fransanın hərbi təyyarəsi ilə QAÇDI - FOTO
  • 
  • Dünyada ƏN ÇOX ÖLÜMƏ SƏBƏB OLAN XƏSTƏLİK -
    Dünyada ƏN ÇOX ÖLÜMƏ SƏBƏB OLAN XƏSTƏLİK - NECƏ YARANIR?
  • 
  • "Minsk qrupu ilə bağlı strukturlar dekabrın 1-dən gec olmayaraq bağlanacaq"-
    "Minsk qrupu ilə bağlı strukturlar dekabrın 1-dən gec olmayaraq bağlanacaq"-  ATƏT sədri
  • 
  • Bu ölkə Rusiyadan neft idxalını iki dəfə azaldıb -
    Bu ölkə Rusiyadan neft idxalını iki dəfə azaldıb - Özəl neft emalı müəssisələri isə artırır
  • 
  • Kiyev “Tomaqavk”-a sahib olmağın bir addımlığında - 
    Kiyev “Tomaqavk”-a sahib olmağın bir addımlığında -  ABŞ buraxılış qurğusunu təqdim etdi
  • 
  • Prezident “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb
    Prezident “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Araik Rusiya sülhməramlıları və İrəvanı İFŞA ETDİ: Qarabağda cəmi 35 min erməni var!
  • Çin növbəti dəfə dünyanı fəlakətə sürükləyir?- Təhlükə gizlədilir, qonşu ölkələr təşviş içindədir
  • Ermənilər Xankəndidə Arayikə qarşı etiraz aksiyası başladıb - VİDEO
  • Qarabağdan daha 5 min erməni köçüb getdi: nə qədər qaldı?
  • Arutyunyan: "Azərbaycan Ordusu Qarabağın dərinliyinə daxil olub"
  • SEPARATÇILARIN YENİ XAİN PLANLARI...- "Onlar bunu sülhməramlıların dəstəyi ilə gerçəkləşdirə bilərlər..."

    • Tarix: 5-08-2021, 12:16



    "Ermənilərə və havadarlarına xatırlatmaq lazımdır ki, Xankəndinin özünü tamamilə susuz və enerjisiz qoymaq mümkündür"

    Ermənilər Qarabağda yeni su elektrik stansiyası tikməyi planlayır. Erməni mediasının məlumatından aydın olur ki, bu barədə Xankəndindəki ermənilərin rəhbəri Araik Arutyunyan açıqlama verib.

    Separatçı-quldurbaşının bildirdiyinə görə, Kəlbəcərin Qozlu (Getavan) kəndində, Tərtər çayı üzərində gücü 17,6 Mvt olan su elektrik stansiyası (SES) tikiləcək. Dəyəri 25 milyon dollar təşkil edəcək “Getavan-1" SES Xankəndi və ətraf ərazilərin enerji təminatını həyata keçirməlidir. 

    Layihəni A.Arutyunyann özünün müşahidə şurasının sədri olduğu ”Arsax İnvestisiya Fondu"nun maliyyələşdirməsi nəzərdə tutulur. Lakin Arutyunyan özəl investorlar üçün də qapıların açıq olduğunu bəyan edib.
    O, həmçinin 44 günlük Vətən müharibəsinə qədər Qarabağda irili-xırdalı 36 SES-in fəaliyyət göstərdiyini, lakin hazırda onların cəmi 6-nın ermənilərin nəzarətində qaldığını deyib: “Artsax enerji ixrac edən ölkədən idxalçıya çevrilib”.

    A.Arutyunyanın dediklərində həqiqət payı var: Azərbaycan öz ərazilərini işğaldan azad edib və həmin ərazilərdəki 30 kiçik SES-ə nəzarəti təmin edib. Bu stansiyalardan xeylisi Kəlbəcər və Laçın rayonlarında yerləşirdi. Ermənistan qoşunları bu rayonlardan çıxarılana qədər o stansiyaların böyük əksəriyyətinin avadanlıqları sökülüb aparılıb, aparılmayanlar da dağıdılıb.



    Ermənilərin nəzarətində qalan ən böyük SES Sərsəng su anbarı üzərində qurulub və istehsal gücü 50 Mvt-dır. Qalan 5 stansiya birlikdə 26 Mvt enerji istehsal etmək gücündədir.
    Lakin hazırda onların çoxu işləmir, yaxud tam gücü ilə işləyə bilmir, çünki zəruri həcmdə su yoxdur. Buna görə də 5 stansiyadan cəmi 5 Mvt enerji əldə etmək mümkündür.

    Ermənilərin özlərinin etirafına görə, 2020-ci ilin sentyabrına qədər Qarabağda SES-lərin istehsal gücü 187,5 MVt təşkil edib. Bu isə nəinki yerli tələbatı təmin etməyə, həmçinin artıq enerjini Ermənistana ötürməyə imkan verirdi. Ermənistanda ən ucuz enerji də elə işğal altındakı ərazilərdən gedən enerji idi.

    Açıqlanan məlumatlardan aydın olur ki, ilk dəfə 2018-ci ildə Qarabağdan Ermənistana 17 milyon kVt/saat elektrik enerjisi ixrac olunub. 2019-cu ildə Qarabağdakı 31 SES-də 475 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bunun da 85 milyon kVt/saatı Ermənistana ixrac olunub. 
    Heç də qəribə deyil ki, Ermənistan rəsmilərinin “ucuz” adlandırdığı bu enerjinin Qarabağdan məhz neçəyə alındığı heç zaman açıqlanmırdı. Eyni gizlilik Qarabağdan daşınan digər sərvətlərə, məhsullara da aiddir: buğdadan tutmuş, üzümə, nara, mis və qızıl-gümüşə qədər.

    2019-cu ildə Qarabağda 12 SES-in tikintisi davam edirdi. 2020-ci ilin birinci yarısında ərazidə elektrik enerjisi istehsalı 324,8 milyon kVt/saat təşkil edib. Bu, 2019-cu ilin eyni dövründən 50 faizə yaxın çox deməkdir. 

    Beləliklə, sentyabrda başlayan Vətən müharibəsi olmasaydı, 2020-ci ildə Qarabağdan Ermənistana təxminən 200 milyon kVt/saat həcmində enerji ötürüləcəkdi. Nəzərə alsaq ki, Qarabağda daha 12 SES-in tikintisi aparılırdı, onda Ermənistanın bu il iki dəfə artıq pulsuz enerji əldə etmək imkanından məhrum olduğunu söyləyə bilərik.

    Bugünlərdə erməni rəsmiləri 2021-ci ildə Qarabağdan Ermənistana 330 milyon kVt/saat elektrik enerjisinin ötürülməsinin nəzərdə tutulduğunu açıqlayıblar. Nəzərə almaq lazımdır ki, Qarabağdan Ermənistana ötürülən digər sərvətlər kimi, elektrik enerjisi ilə bağlı statistika da mötəbər sayıla bilməz.
    Belə ki, 2017-ci ilin birinci yarısında Qarabağda elektrik enerjisi istehlakı 166 milyon kVt/saata yaxın olub. Bu hesabla illik enerji istehlakı 300 milyon kVt/saatdan yuxarı olmayan ərazidə 2019-cu ildə istehsal 475 milyon kVt/saat olub. Bu isə Ermənistana daha çox həcmdə enerjinin verilməsi ehtimalını artırır.

    Maraqlıdır ki, bir müddət öncə Qarabağda qalan ermənilər enerjiyə tələbatın 30 faizə qədər azalacağını deyirdilər. Bunun əsas səbəbi kimi əksər iri sənaye müəssisələrinin yerləşdiyi ərazilərin Azərbaycan Ordusu tərəfindən azad olunması göstərilirdi.

    Çatışmayan cüzi enerjinin Ermənistandan veriləcəyi bəyan olunurdu. Ötən ilin payızından artıq Ermənistandan Xankəndinə enerji verilişi təmin olunmuşdu. Bu halda, Xankəndi erməniləri nədən yeni və böyük stansiyaya ehtiyac duydular?

    Sualın cavabını ermənilərin 30 ilə yaxın müddətdə Azərbaycana qarşı yürütdükləri ekoloji terror siyasətində axtarmağa ehtiyac var. Belə ki, ermənilər işğal altında saxladıqları ərazilərdən Azərbaycanın digər bölgələrinə su buraxmırdılar. Baxmyaraq ki, Sərsəng su anbarı bütünlüklə Azərbaycanın vəsaiti hesabına inşa olunub, ermənilər bu anbardan qonşu rayonlara suyun verilişini var gücləri ilə əngəlləyirdilər. Suqovuşan su anbarından da Tərtər və Ağdama gedən kanallar dağıdılmışdı. Nəticədə Azərbaycanın Tərtər, Yevlax, Goranboy, Bərdə və digər rayonlarında kəskin su qıtlığı yaşanırdı.



    Suqovuşan su anbarı, həmçinin Tərtərçay və bölgədəki digər xırda və orta çayların mənbəyi yerləşən Kəlbəcər, Laçın rayonlarının azad olunmasından sonra ermənilər ekoloji terroru davam etdirmək imkanından məhrum oldular. 

    Bir müddət əvvəl Ermənistan və Xankəndi erməniləri Azərbaycanın üzərinə böhtan ataraq, ölkəmizin Tərtərçayın məcrasını dəyişməklə Sərsəng su anbarını susuz buraxmağa hazırlaşdığını iddia edirdilər.

    Lakin indi məlum olur ki, bu iddiaların arxasında daha çirkin niyyətlər dayanırmış: ermənilər Sərsənglə Suqovuşan arasında SES tikməklə çayın Suqovuşan su anbarını su ilə təchiz etməsinin qarşısını almağa çalışırlar.

    Hazırda bu imkan onlarda yoxdur. Çünki Tərtərçaya Sərsəngdən sonra bir neçə xırda çay qovuşur. Sərsəngdən gələn su tam dayandırılsa belə, bu çayların hesabına Suqovuşana su yığmaq mümkün olacaq. Qozludərə isə həmin çayların Tərtərçaya qovuşma nöqtəsindən aşağıda yerləşir.
    Burada böyük SES-I su ilə təmin etmək üçün ermənilər Tərtərçayın suyunu tam olaraq mənimsəməlidilər. Bu isə Suqovuşan anbarının məhvi deməkdir. Azad edildikən sonra Suqovuşandan Azərbaycanın 6 rayonunda 100 min hektara yaxın ərazinin suvarılması üçün istifadə olunmağa başlanıb.

    Onu da qeyd edək ki, ermənilər Sərsəng su anbarına nəzarəti əllərində saxladıqlarını dəfələrlə üstünlük kimi vurğulayır, ondan Azərbaycanın digər ərazilərinə su verilməyəcəyini bəyan edirlər. İndi aydın olur ki, erməni vandalları dediklərini reallaşdırmaq üçün konkret addımlar atmağa hazırlaşırlar.

    O da aydındır ki, bu addımlarla bağlı bölgədəki Rusiya sülhməramlılarının ən azı neytrallığı təmin olunmalıdır. Belə ki, Qarabağdakı Rusiya sülhməramlı kontingenti üçün ilk hərbi şəhərcik məhz Qozlukənddə salınıb. Bu baxımdan, SES tikintisinə sülhməramlıların da dəstək verəcəyi istisna olunmur.



    Osman Gündüz: “Bölgədəki infrastruktur işləri Azərbaycan hökumətinin iştirakı ilə gerçəkləşməlidir”

    Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, belə bir ciddi, həyati əhəmiyyətli infrastruktur imkanının qondarma “Arsax respublikası”na yaradılması yolverilməzdir: “Güman ki, onlar bunu Rusiyanın, oradakı sülhməramlıların dəstəyi ilə gerçəkləşdirəcəklər.
    Fikrimcə, buna ciddi reaksiya vermək lazımdır. Sülhməramlıların olduğu ərazilərimizdə infrastrukturun yenilənməsi, enerji və rabitə təhcizatının yenidən qurulması istiqamətində müşahidə olunan addımlar təhlükəlidir. Onlar yenidən möhkəmlənmək fikrindədirlər.

    Düşünürəm ki, bu cür addımlar, infrastruktur işləri Azərbaycan hökumətinin iştirakı ilə gerçəkləşməlidir. Ümid edirəm hökumət qondarma ”Artsax prezidentinin" bu addımlarının qarşısını ala biləcək".



    Ədalət Verdiyev: “Bizim bu tikintini əngəlləmək üçün imkanımız kifayət qədərdir”

    Hərbi ekspert Ədalət Verdiyev bildirir ki, Azərbaycanın hərbi potensialı ermənilərin yalnız Qarabağda deyil, ətraf ərazilərdəki hər hansı təxribat əməllərinin qarşısını almaq üçün yetər də, artar da: “Bizim bu tikintiyə mane olmaq imkanımız kifayət qədərdir. Amma gəlin baxaq, indiyədək tikdikləri su elektrik stansiyaları indi kimin nəzarətindədir? 

    Mənim bildiyim qədəri Ermənistanın Qarabağda Vətən müharibəsinə qədər istismar etdiyi 36 stansiyadan 30-u Azərbaycanın tam nəzarətindədir. Əgər 31-cini də Azərbaycana hədiyyə etmək istəyirlərsə, buyursunlar. Kəlbəcərdəki Söyüdlü qızıl yatağının taleyi göstərir ki, Azərbaycan öz sərvətlərinin hər qramının da hesabını sormağa qadirdir”.

    Hərbi yoldan əlavə, Azərbaycanın Qozludərə təxribatının qarşısını almaq üçün digər imkanları da yetərincədir. Belə ki, yalnız Sərsəngə deyil, rus sülhməramlılarının nəzarətində olan əraziyə gələn suların 95 faizə yaxını Laçın-Kəlbəcərdən gedir. Yəni bu sulara nəzarət bütünlüklə Azərbaycanın əlindədir. Azərbaycan onsuz da azad olunan ərazilərdəki su ehtiyatlarından səmərəli istifadə üçün plan tərtib edib. 

    Bu planda Həkəri, Bəşəri çayları üzərində su anbarlarının tikintisi nəzərdə tutulur. Plana kiçik əlavə edib Sərsəngə qədər olan ərazidə Tərtərçayın üzərində 2-3 kiçik su anbarı tikməklə Azərbaycan Xankəndi erməniləri və onların bölgədə varlığını hər vəchlə təşviq edən qüvvələrin xain planlarını birdəfəlik poza bilər. Eyni zamanda mənbəyini Laçın-Kəlbəcərdən, Şuşa ətrafından götürən çayların üzərində anbarlar yaratmaqla Xankəndinin özünü tamamilə susuz və enerjisiz qoymaq mümkündür.

    Yəqin ki, Azərbaycan həm Ermənistana, həm Xankəndinə, həm də onların himayədarlarına bu imkanlarla bağlı xatırlatmanı edəcək.../musavat.com

    Oxunub: 267
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      14-10-2025
      19:00 | Keçmiş icra başçısı Musa Şəkiliyev hakim qarşısına çıxarıldı -  Qərar verildi /MƏHKƏMƏ
      19:00 | Keçmiş icra başçısı Musa Şəkiliyev hakim qarşısına çıxarıldı -  Qərar verildi /MƏHKƏMƏ
      18:45 | Azərbaycan-Pakistan-Türkiyə SPİKERLƏRİNİN GÖRÜŞÜ - İslamabad Bəyannaməsi qəbul edildi
      18:30 | Dünyanın ən güclü pasportları açıqlandı: Azərbaycan neçəncidir?
      18:20 | Azərbaycanda bu şəxslər dövlətdən pulsuz avtomobil ala bilər - RƏSMİ
      18:15 | Ukraynada çağırış yaşında olan 1,5 milyon kişi AXTARIŞA VERİLDİ
      18:10 | Prezident bu nazirliyin bəzi səlahiyyətlərini ləğv etdi
      18:00 | DÜNYADAKI ƏN BAHALI MADDƏ - Nə qızıl, nə də platindir
      17:55 | Krımdan yerli əhali təxliyyə edilir - Feodosiya neft bazasında yanğın...
      17:50 | Ən çox şikayət olunan internet provayderlərinin adı açıqlanıb
      17:45 | Mərkəzi Bank Adil Əliyevi cərimə etdi - Valyuta qaydalarını pozduğu üçün
      17:40 | Kadırov 36-cı medalını aldı -  Onların arasında görün hansı medallar var?
      17:30 | Plastik cərrahiyyədə “ƏLƏKDƏN KEÇƏNLƏR”: Kimə İCAZƏ verildi, kimlər KƏNARDA QALDI? - ADLAR
      17:25 | Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək
      17:20 | İşğaldan azad olunan ərazilərdə yaşayanların sayı AÇIQLANDI
      17:15 | Çindən Rusiyaya dron texnologiyası axını güclənir - "The Washington Post"
      16:35 | Əhali dərmana niyə 1 milyard manat xərcləyib?- İqtisadçı-ekspert
      16:15 | “ÇƏKİNİRƏM, QORXURAM...” -  “Daha o məclislərə getmirəm...”
      14:30 | Bakıda TAKSİLƏRİN SAYINA LİMİT QOYULDU - Nazirlər Kabinetindən TƏSİRLİ QƏRAR /VİDEO
      14:25 | Prezident Yaxın Şərq Sülh Sammitində iştirakı ilə bağlı VİDEO PAYLAŞDI
      14:20 | Tramp dünyanın ən zəngin ölkəsinin adını AÇIQLADI
      14:15 | BU ölkənin PREZİDENTİ Fransanın hərbi təyyarəsi ilə QAÇDI - FOTO
      13:40 | Dünyada ƏN ÇOX ÖLÜMƏ SƏBƏB OLAN XƏSTƏLİK - NECƏ YARANIR?
      13:35 | "Minsk qrupu ilə bağlı strukturlar dekabrın 1-dən gec olmayaraq bağlanacaq"-  ATƏT sədri
      13:30 | Bu ölkə Rusiyadan neft idxalını iki dəfə azaldıb - Özəl neft emalı müəssisələri isə artırır
      13:25 | Kiyev “Tomaqavk”-a sahib olmağın bir addımlığında -  ABŞ buraxılış qurğusunu təqdim etdi
      13:20 | Prezident “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb
      13:15 | KASPAROV, XODORKOVSKİ VƏ DİGƏRLƏRİ...- Kreml onları “dövlət çevrilişinə cəhddə” ittiham etdi
      13:10 | Rus ordusunun son sutkadakı itkiləri açıqlandı -  SİYAHI
      13:05 | Azərbaycan, Rusiya və İran üçtərəfli işçi qrupu yaradacaq
      13:00 | İki ayda dördüncü görüş - “Erməni radikallar narahatdırlar, amma...”
      12:55 | ATƏT sədri Ermənistanda Ararat Mirzoyanla görüşüb
      12:50 | AGENTLİK ƏMƏKDAŞLARI İLƏ MÜHAFİZƏÇİLƏR ARASINDA DAVA -  Sədərək Ticarət Mərkəzində olay /VİDEO
      12:45 | "Hər il təhsilə, təxminən 5 milyard manat ayrılır"- Nazir müavini
      12:40 | Pakistanla gərginlik daxili qruplaşmadan qaynaqlanır - Nurulhak Ənvər
      12:35 | Böyük Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ
      12:30 | “Tək ya iki dövlət fərq etmir, biz Qəzzanı bərpa etməliyik”- Tramp
      13-10-2025
      21:00 | "Ehtiyac yarandığı zaman Ərdoğan həmişə yanımda olub"- Tramp /VİDEO
      21:00 | QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI -  "Dünya üçün böyük bir gündür" /FOTO
      20:45 | İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb - VİDEO
      20:44 | Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...- VİDEO
      17:20 | Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
      17:00 | Olayın səbəbi: Ərdoğan pilota "geri dönün" əmri verib -  Netanyahunun gəlməyəcəyini bilincə...
      16:45 | ÖLKƏDƏ BU ƏRZAQ MƏHSULLARININ QİYMƏTİ KƏSKİN BAHALAŞIB - İqtisadçı səbəbləri açıqladı
      16:35 | ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var - Tramp
      16:30 | Qohumla evlənmək üçün... övlad valideyndən imtina edə bilər?
      16:25 | Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
      16:20 | Ərdoğan Misirdə! Təyyarə əvvəlcə uçuş zolağından çıxıb...
      15:45 | “KÖÇƏRYANDAN XAHİŞ ETDİM Kİ, MƏNİ EVİMƏ APARSINLAR”- Misir Mərdanovla MÜSAHİBƏ
      15:30 | İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü - FOTOLAR
      15:25 | Misir Prezidenti İlham Əliyevi belə qarşıladı - VİDEO
      15:20 | Netanyahu:  “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
      15:15 | Deputat partiyadan çıxarılıb -  "Qüdrət müəllim telefon zənglərimi bloka atıb"
      15:10 | BAKIDA GÖMRÜK məmurunu QADINA GÖRƏ ÖLDÜRÜBLƏR -  ŞOK DETALLAR
      14:41 | "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-  Tramp
      13:20 | Tehran küçələrində hicabsız qadınlar - İranda nə baş verir? /FOTOLAR
      13:15 | Prezident dəmir yolu işçilərini təltif etdi - ADLAR
      13:10 | Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
      13:00 | "AZƏRBAYCAN VƏ QAZAXISTAN TƏHDİD ALTINDADIR..."- “Rusiya ilə əvvəlki münasibətləri bərpa etmək mümkün deyil”
      12:45 | Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
      12:30 | 5 ÖLKƏYƏ qırıcı təyyarələrə sahib olmaq QADAĞANDIR - SƏBƏB NƏDİR?
      12:25 | Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
      11:40 | Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
      11:30 | BAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ - 16 yaşlı oğlan saxlanılıb /FOTOLAR
      11:25 | İsrail və HƏMAS arasında əsir mübadiləsi başladı - FOTO/VİDEO
      11:20 | Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb
      11:15 | Şair Əlisəmid Kür vəfat edib
      11:00 | Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək
      00:30 | MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
      00:25 | Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
      00:25 | İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
      00:22 | Bu şəxslərin ölüm riski yüksəkdir -  XƏBƏRDARLIQ
      00:20 | Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
      00:15 | RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
      00:10 | İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
      00:07 | Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU
      00:05 | İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
      00:00 | Фейк, который не успели спрятать. «Истерики древнего мира»
      12-10-2025
      18:45 | İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
      18:40 | Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
      18:15 | Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
      18:00 | DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
      17:45 | İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
      17:40 | Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
      17:20 | Əfqanıstanla Pakistan sərhədində AĞIR DÖYÜŞLƏR BAŞLAYIB
      17:15 | Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
      17:10 | 38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
      17:00 | Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
      16:35 | Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
      16:00 | Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
      15:55 | İlham Əliyev İspaniya Kralını təbrik etdi
      15:45 | AZƏRBAYCANDA NİYƏ MİYONÇULARIN RƏSMİ SİYAHISI YOXDUR? - Ekspertdən ritorik sual
      15:40 | "Taliban"dan fərqli olaraq, müki əhalini hədəfə almırıq"- Pakistan XİN
      15:30 | Misirdə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
      15:20 | Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
      15:15 | Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
      15:00 | İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
      14:35 | Kürdlər və Dəməşq neft sazişi bağladı
      14:30 | Dünyanın ən gözəl paytaxtı açıqlandı - Paris, Afina və Lissabon yox...
      14:25 | "Ölkəmizin təhlükəsizliyini qorumaqda qərarlıyıq"- Pakistan Prezidenti
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.