“Azərbaycan ərazisinə keçən və itkin düşən ermənilər 4 nəfər olub” - Gorus şəhər merinin müavini

Bu fikirləri Gorus şəhər merinin müavini Karen Köçəryan news.am-a verdiyi müsahibədə Gorus-Qafan yolundan çıxaraq Azərbaycan ərazisinə keçən iki erməni haqqında danışarkən deyib.
"Bunun necə olduğunu bilmirəm, onlar Karahuncda bir postdan digərinə keçməli idilər, ilk postu keçiblər, digərinə çatmayıblar. Azmaq üçün də orda yol yoxdur, bu Qafana gedən asfalt yoludur. Təhlükəsizlik Xidməti onların iki nəfər olduğunu deyir, amma mənə görə 4 gənc olub. Onlar “Mercedes” markalı avtomobildə idilər, maşın da itib"- deyə o, əlavə edib.
Köçəryan gənclərin əsir düşmə ehtimalını da dilə gətirib:
“Təhlükəsizlik Xidmətinin onları tapmaq üçün nə etdiklərini bilmirəm. Müdaxilə etməyimizə icazə vermirlər, deyirlər ki, maneçilik törədirsiniz".

Oxunub: 228
Xəbəri paylaş
Paylaş: