Deputat taksidə öldü - Baş prokurorun istefasını tələb edirmiş...
Ukraynalı deputat paytaxt Kiyevdə taksidə gedərkən özünü pis hiss edib və dünyasını dəyişib. Anton Polyakov vaxtilə ölkənin baş prokurorunun vəzifəsindən kənarlaşdırılması üçün çalışırdı.
Ukrayna polisinin oktyabrın 8-də yaydığı məlumata görə, ölümün səbəbini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub.
Polis bildirir ki, Polyakov oktyabrın 8-də səhər taksidə özünü pis hiss edib. Yol-nəqliyyat qaydası pozuntusuna görə saxlanmış taksinin arxa oturacağında huşsuz vəziyyətdə aşkarlanıb. Təcili yardım çağırılıb və həkimlər onun öldüyünü müəyyənləşdiriblər.
33 yaşlı Polyakov 2019-cu ilin iyulunda hakim “Xalqın qulluqçusu” partiyasından parlamentə seçilib. O, həmin ilin noyabrında partiyadan çıxarılıb, qeyri-etik davrandığı bildirilib.
Ancaq Polyakov onda mətbuata demişdi ki, buna ovaxtkı prokuror Ruslan Ryaboşapkaya etimadsızlıq səsverməsi üçün imza toplamağa çağırması səbəb olub. O daha sonra parlamentdə müstəqil deputatlar qrupuna qoşulub.
Oxunub: 193
Xəbəri paylaş
Paylaş: