Ramiz Mehdiyev bu cinayətləri TƏK TÖRƏTMƏYİB! - Adlar AÇIQLANDI
Azərbaycan Prezidenti Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev həbs olunub.
Onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.
Məsələ ilə bağlı danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyir ki, o, hələ 2010-cü ildən – Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu vaxtdan bu məsələlərlə bağlı mediada yazır.
"Həmin dövrdə “Xural” qəzetində 1 səhifə yarım Ramiz Mehdiyevin oğlunun Moskvada İlham Əliyevin ünvanına dediyi fikirləri ortaya qoymuşdum. Ondan sonra, mən bu günə kimi Ramiz Mehdiyevlə mübarizə aparmışam. Bu bütün internet saytlarında, mediada yayımlanıb. Jurnalistlərin, siyasətlə məşğul olanların hamısı bu məsələdən xəbərdardır” - deyə o qeyd edib.
Dəfərlərlə məni dəvət ediblər ki, Ramiz Mehdiyevdən nə istəyirsən:
“Mən həmişə demişəm ki, o birmənalı şəkildə əslən ermənidir və heç vaxt nə Heydər Əliyevə, nə də İlham Əliyevə xoş münasibəti olub”.
Ramiz Mehdiyev tək deyil, o dövlət çevrilişini tək edəsi deyildi ki?
“Ramiz Mehdiyevin Milli Məclisdə böyük dəstəsi var. Həmin deputatlar üzə çıxmalıdır, Ramiz Mehdiyevin media qrupu var, onlar üzə çıxmalıdır, Ramiz Mehdiyevlə Moskvada milyardlar yığanlar, Azərbaycana gəlib burada da pul yığıb qaçanlar üzə çıxmalıdır, zərəsizləşməlidir”.
Mən bunları dövləti, dövlətçiliyi, xalqımızı, Prezidentimizi canımdan çox istədiyimə görə danışıram.
“Ramiz Mehdiyevin Milli Məclisdə olan komandası da üzə çıxmalıdır, vaxtı ilə mənim vuruşduğum-tutuşduğum Ziya Məmmədov, keçmiş Milli Təhlükəsizlik Naziri onunla birlikdə idi, onlar üzə çıxmalıdır. Onların heç birini Azərbaycandan kənara çıxmağa imkan verməməlidirlər”.
“Bildiklərimin hamısını dövlət orqanlarına çatdırmışam, çatdıracağam da. Mən bu dövləti, dövlət başçısını həyatımdan artıq istəyən insanam, sona qədər də onun qorunması üçün 20 il bundan qabaq apardığım mübarizəni bu gün də davam etdirəcəyəm. Allaha çox şükür ki, mənim dediklərim proqnoz yox, reallığa çevrildi. Vaxtilə bəzi media nümayəndələri lağla baxırdılar ki, Hafiz Hacıyevdir də danışır. Nə oldu mənim dedikərimin hamısı təsdiqini tapdı, nə oldu məni qınayan bəzi media nümayəndələri, nə oldu məni qınayan dövlət qurumlarında yüksək vəzifəli şəxslər? İndi görəsən utanırlarmı ki, biz Hafiz Hacıyevin üzünə necə baxacağıq? Məni çağırıb Ramiz Mehdiyevə görə izahat alanlar utanacaqlarmı?”
“Ramiz Mehdiyev tək deyil, bu gün onun çox sıx təmasda olan insanlar var” – deyə siyasətçi sonda bildirib.
Qeyd edək ki, R.Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.
İstintaq onun yaşını nəzərə alaraq ibtidai istintaq müddətində ev dustaqlığı şəraitində saxlanılmasını uyğun hesab edib./modern.az