Amerikalı diplomatlar Moskvada oğurluq etdilər: Rusiya nota verdi

Bu barədə Moskva Daxili İşlər Nazirliyi Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Vladimir Vasenin məlumat yayıb.
Onun sözlərinə görə, müəssisələrin birində yerli sakindən 15 min rubl (təqribən 355 manat) dəyərində şəxsi əşyalar oğurlanıb. Polis müşahidə kamerasının görüntülərini araşdırdıqdan sonra şübhəlilərin şəxsiyyətini təyin edib.
Şübhəlilər ABŞ səfirliyində xidmət edən Dəniz Piyadaları korpusunun hərbçiləri ola bilər. Onların sərxoş olduğu güman edilir.
Rusiya Xarici İşlər Nazirliyi artıq ABŞ-a şübhəli şəxslərdən diplomatik toxunulmazlığının qaldırılmasını tələb edən nota göndərib.
Tələb yerinə yetirilərsə, hüquq-mühafizə orqanlarının əməkdaşları lazımi istintaq hərəkətlərini həyata keçirə və həmin şəxsləri (əgər onların cinayətdə iştirakı sübuta yetirilərsə) cinayət məsuliyyətinə cəlb edə biləcək. Təqsirkarları beş ilə qədər həbs cəzası gözləyir.
“Toxunulmazlığın ləğvi ilə bağlı tələbdən imtina edildikdə, bu şəxslər dərhal Rusiya ərazisini tərk etməlidirlər”, - deyə qurumdan bildirilib./TASS
Oxunub: 183
Xəbəri paylaş
Paylaş: