Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
HƏBS OLUNDUĞU iddia edilən Adnan Əhmədzadə KİMDİR?- DOSYE /FOTOLAR
MƏMURLARIN VƏ DEPUTATLARIN DA MAAŞI AZALACAQ -  Vergi güzəştlərinin ləğvi hansı “sürprizlər” vəd edir?
KREML DİASPORA BAŞÇILARIMIZDAN NƏ İSTƏYİR?- “Pul toplamağıma imkan vermirlər...”
Press-fakt.az
    
  • “Türkçülük Araşdırmaları Dərgisi” nəşrə başladı
    “Türkçülük Araşdırmaları Dərgisi” nəşrə başladı
  • 
  • Avropa hava limanlarına kiberhücum!
    Avropa hava limanlarına kiberhücum! Uçuşlar ləğv edildi, sistem çökdü
  • 
  • Paşinyandan ermənilərə Ağrı dağı DƏRSİ -
    Paşinyandan ermənilərə Ağrı dağı DƏRSİ - “Onlar bilmirlər ki...”
  • 
  • Paytaxtda fövqəladə vəziyyət elan edildi,
    Paytaxtda fövqəladə vəziyyət elan edildi, 3000-dən çox şəxs həbs edildi
  • 
  • Formula 1-in MÜDDƏTİ UZADILDI -
    Formula 1-in MÜDDƏTİ UZADILDI - 2030-cu ilədək BAKIDA KEÇİRİLƏCƏK
  • 
  • Dərnəgül bazarı söküləcək
    Dərnəgül bazarı söküləcək
  • 
  • Şeyxin qızının klinikası borca düşdü
    Şeyxin qızının klinikası borca düşdü
  • 
  • "İran Nətənz nüvə obyektindən daha yaxşısını tikəcək"-
    "İran Nətənz nüvə obyektindən daha yaxşısını tikəcək"- Pezeşkian
  • 
  • BMT-də gərgin gözlənti:
    BMT-də gərgin gözlənti: İrana qarşı sanksiyalar bərpa edilir
  • 
  • İcra hakimiyyəti içərisində yaşayış olan 10-dan çox evi söküb -
    İcra hakimiyyəti içərisində yaşayış olan 10-dan çox evi söküb - VİDEO
  • 
  • Adnan Əhmədzadənin HƏBSİ TƏSDİQLƏNDİ -
    Adnan Əhmədzadənin HƏBSİ TƏSDİQLƏNDİ - Cinayət işini DTX aparır
  • 
  • Rusiya ordusu Dnepri bombaladı -
    Rusiya ordusu Dnepri bombaladı - 579 döyüş PUA-sı, 8 ballistik və 32 qanadlı raket atılıb
  • 
  • Şəmistan Nəzirli vəfat edib -
    Şəmistan Nəzirli vəfat edib - nəşi Bakıya gətirilir
  • 
  • "Müharibənin sonunda final sülh sazişi olmaya da bilər"-
    "Müharibənin sonunda final sülh sazişi olmaya da bilər"-  Zelenski
  • 
  • Oğlunun saatı Kadırovun başına BƏLA OLDU -
    Oğlunun saatı Kadırovun başına BƏLA OLDU - Çeçenistan rəhbərinin istefası GÜNDƏMDƏ – FOTO
  • 
  • “Türkiyə 10 il əvvəl nümunə göstərdi”-
    “Türkiyə 10 il əvvəl nümunə göstərdi”- Litva NATO-dan qətiyyət tələb edir
  • 
  • İlham Əliyev Ruanda Prezidentini belə qarşıladı -
    İlham Əliyev Ruanda Prezidentini belə qarşıladı - FOTO
  • 
  • Tramp  sentyabrın 25-də Ağ Evdə Ərdoğanla görüşəcək
    Tramp sentyabrın 25-də Ağ Evdə Ərdoğanla görüşəcək
  • 
  • “Bunu mən və İlham Əliyev etdik”-
    “Bunu mən və İlham Əliyev etdik”- Paşinyandan etiraf
  • 
  • Erməni milyarder məşhur kanalı satın aldı -
    Erməni milyarder məşhur kanalı satın aldı - Qərbin sanksiyaları altındadır
  • 
  • Sabahın havası: yağış, dolu, qar...-
    Sabahın havası: yağış, dolu, qar...- PROQNOZ
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • “Qazilər arasında intihar halları artıb”- TƏBİB
  • Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı artıb
  • Koronavirusa yoluxanların sayı 200-ə yaxınlaşdı - Azərbaycanda
  • Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - 215 nəfər
  • Azərbaycanda daha 509 nəfər COVID-19-a yoluxdu - STATİSTİKA
  • "Azərbaycanda psixoloq və loqopedlərin 90%-i dələduzdur"- İnsanlar necə aldadılır?

    • Tarix: 14-11-2021, 12:14


    Azərbaycanda “psixoloq” adlandırılan dələduzlar, acıq-açığına, heç nədən çəkinməyərək özlərini insanlara “doktor”, “həkim” kimi təqdim edir, yalnız təbabətdə istifadə oluna biləcək “pasiyent, “terapiya, “müalicə, “xəstə” terminlərindən istifadə edirlər.

    Azərbaycanda olan psixoloqların sayı onların gördükləri işlərin faydasından qat-qat çoxdur. Çox maraqlı faktdır ki, Avropada professional psixoloqların sayı postsovet məkanındakı psixoloq sayından dəfələrlə azdır. Psixoloqlar kimlərdir və onların sayı nəyə görə yağışdan sonra artan göbələk kimi artmağa başladı?!

    Medicina.az-ın suallarını həkim psixiatr Abdulla Şıxlinski cavablandırıb.
    Həkim Azərbaycanda psixoloji mərkəzlərin qanunsuz reklam və piar nəticəsində psixologiyadan anlayışı olmayan, müəyyən psixi, ruhi problemi olan insanları cəlb edərək, guya, problemlərin həlli ilə məşğul olmasını saxtakarlıq və dələduzluq kimi qiymətləndirir. Çünki psixoloq xəstə pasiyenti yox, sağlam adamı qəbul edə bilər. Ümumiyyətlə, psixoloq seanslarının xəstəyə faydasından çox ziyanı var.


    - Abdulla doktor, psixologiya, psixoloq nədir, niyə yaranıb, hansı fəaliyyətlərnə icazə verilir, kimlərlə işləyə bilərlər? Ümumiyyətlə, bu gün insanların psixoloqa ehtiyacı varmı?

    - Psixologiya – ictimai-humanitar fənn olaraq fəlsəfənin bir bölməsidir, normal, sağlam insan psixikasının inkişaf qanunauyğunluqlarını fəlsəfi baxımdan öyrənməklə məşğuldur. Psixologiya sərbəst elm sahəsi deyildir, təbabət elminə heç bir aidiyyatı yoxdur.
    Psixologiya tətbiq sahəsinə görə iki bölməyə ayrılır:

    1.Akademik psixologiya. SSRİ dövründən butun ali məktəblərdə və texnikumlarda(indiki kolleclər) elmi kommunizm, dialektik materializm fənləri ilə bir sırada ictimai –humanitar bir fənn kimi tədris olunurdu. Azərbaycanda 1996-cı ilə qədər heç bir ali məktəbdə psixologiya fakültəsi olmayıb.

    Bütün SSRİ məkanı üzrə Moskva, Leninqrad, sonradan Saratov şəhərlərində sırf “Psixoloq, psixologiya müəllimi” ixtisasları üzrə mütəxəssis buraxan universitetlər var idi. Bu Universitetlərin buraxdığı psixoloqlar yalnız öz sahələrinə aid işlərlə məşğul olurdular.

    2. Praktik psixologiya. Müxtəlif müəssisələrdə, idarə və təşkilatlarda, orta ümumtəhsil məktəblərində, uşaq bağçalarında, hüquq-mühafizə orqanlarında, cəzaçəkmə müəssisələrində psixi sağlam insanlarla psixi korreksiya və readaptasiya işlərini həyata keçirməklə, şəxsiyyətdaxili və şəxsiyyətlərarası konfliktləri həll etmək üçün lazım olan metodların hazırlanması və tətbiqi ilə məşğul olur.

    Maraqlısı budur ki, indi Azərbaycanda “Psixoloq” adlandırılan dələduzlar, acıq-açığına,heç nədən çəkinməyərək özlərini insanlara “doktor”, “həkim” kimi təqdim edir, yalnız təbabətdə istifadə oluna biləcək “pasiyent”, “terapiya”, “müalicə”, “xəstə” terminlərindən istifadə edirlər.
    Təcrübi psixologiya şarlatan psixoloqların əlində kriminal biznesə çevrilmişdir. Azərbaycanda “Psixoloji” xidmət faktiki olaraq kriminal biznesdir.

    Psixoloqların böyük əksəriyyəti əhalinin xeyli hissəsinin savadsızlığından istifadə edərək açıq, heç bir tibbi təhsilləri olmadan onların müalicəsi ilə məşğul olurlar. Əhalinin savadsız hissəsi üçün psixiatriya, psixologiya, psixoterapiya, psixotronika və.s qarşısında “psix” hissəciyi olan sözlər eyni şeylərdir,

    Azərbaycanda hətta bəzi qeyri-psixiatr həkimlər belə bu məfhumların fərqlərini bilmirlər, psixi dəyişiklik müşahidə etdikləri xəstələri həkim-psixiatr əvəzinə psixoloqa göndərirlər.
    Psixoloqlar insanlara diaqnoz qoyur, dərman müalicəsi təyin edir, onlara tibbi məsləhətlər verir, peşəkar həkimlərin təyinatlarını ləğv edirlər, ağıl zəifliyindən əziyyət çəkən uşaqlarla mənasını heç özlərinin də bilmədikləri məşğələlər keçirlər, sosial təhlükəli ruhi xəstələri, narkomanları aylarla psixoloji məşğələlərə gəlməyə vadar edirlər, antipsixiatrik təbliğat apararaq , insanları həkim-psixiatrlara müraciətdən çəkindirirlər, nəticədə xəstələrin vəziyyəti ağırlaşır, insanlar ağır vəziyyətdə müxtəlif sosial – təhlükəli əməllər edir, özləri və ətrafdakılar üçün keçilməz problemlər yaradırlar-bütün sadalanan əməllər Azərbaycan Respublikasının Qanunveriliciyinə və Beynəlxalq qanunlara görə “Qeyri-Qanuni həkimlik fəaliyyəti” adlanır.

    - Doktor, bəs klinik psixoloq kimdir? Bir çoxları deyir ki, əgər klinik psixoloqdursa, o daha peşəkardır, xəstələri qəbul edə bilər.

    - “Tibbi” və ya “Kliniki” sözü adamlarda belə təsəvvür yaradır ki, bunlar həkimdirlər, xeyr, Tibbi (Kliniki) psixoloq da həkim deyil, bu adamlar pedaqoji təhsilə malikdirlər, sadəcə tibbi psixoloqun kim olduğunu başa düşmək lazımdır

    Tibbi (Kliniki) psixoloq müalicə müəssisələrində çalışan tibb işçilərinin (yəni sağlam insanların) şəxsiyyətlərarası və şəxsiyyətdaxili problemlərini həll edən, müalicə müəssisələrində sağlam iş şəraitinin təminatı ilə məşğul olan mütəxəssislərdir, onlar fəlsəfənin, sosialogiyanın prinsiplərindən istifadə edərək, həkimlərə təşkilati məsələlərdə kömək etməlidirlər, tibbi (kliniki) psixoloq həkim deyildir, bu mütəxəssisləri qeyri-tibbi ali məktəblər “Psixologiya” ixtisası üzrə buraxır.
    Onlara “Tibbi (kliniki) psixoloq” deyilməsinin səbəbi odur ki, onlar tibb müəssisələrində fəaliyyət göstərərək həmin müəssisələrin işinin sosial təminatçılarıdır.

    - Təkcə Bakıda onlarla psixoloji mərkəz var, buranın müştəriləri xüsusən uşaqlar və gənclərdir. Autizm spektrli uşaqların valideynləri, övladı gec danışan, hiperaktiv valideynlər ümid yeri kimi bu mərkəzlərə gedir. Bu qurumların fəaliyyətinə nəzarət varmı?

    - Psixoloqların fəaliyyətinə heç kim tərəfindən nəzarət olunmur, Bakının və Azərbaycanın başqa şəhərlərinin ofislərində, zirzəmilərində, müxtəlif “Psixoloq kabinetləri” adlandırılan otaqlarda psixoloqların əslində nə işlə məşğul olduqlarından heç kəsin xəbəri yoxdur, bu adamlar toxunulmaz bir zonada fəaliyyət göstərirlər.

    ”Psixoloqlar” tərəfindən Azərbaycanda “Erkən uşaq autizmi” adlandırılmış biznes-proyekt yaradılmışdır.

    Erkən uşaq autizminə yalnız 3 yaşa qədər diaqnoz qoymaq mümkündür, lakin “psixoloqlar” 10 yaşında uşağa “erkən uşaq autizmi” diaqnozu qoyaraq, onlara illərlə məşğələ keçirlər, belə uşaqlar həkimlərə göndərilmir, halbuki psixoloqların nə diaqnoz qoymağa, nə də müalicə təyin etməyə ixtiyarları yoxdur.

    Bütün Beynəlxalq normativlərə görə, psixoloqlar yalnız sağlam adamların problemləri ilə işləyə bilərlər. Psixoloq insanla işə başlamamışdan əvvəl müştəri ona özünün psixi sağlam olması barədə ya arayış, ya da videogörüntü təqdim etməlidir, psixoloq xidmətindən faydalanmaq istəyən şəxsə həmin arayışı və ya video-görüntünü HƏKİM-PSİXİATR VERİR, bununla da insanın onun müayinəsi anında psixi sağlam olmasını təstiq edir, yalnız bundan sonra psixoloq artıq “Praktik sağlam” elan olunmuş klientlə işləyə bilər.

    Azərbaycanda psixoloqlar yuxarıda göstərilənlərin ziddinə olaraq xəstə adamları, xüsusən də uşaqları müalicəyə götürürlər.

    Psixoloqların tətbiq etdiyi metodların, iş prinsipinin heç bir elmi izahı yoxdur.

    Azərbaycanda peşəkar loqopediya və loqopedlər yoxdur, bəzi psixoloqlar özlərini saxta olaraq “Loqoped” kimi təqdim edirlər.

    Faktiki olaraq hər psixoloq özünün kəşf etdiyi metodlarla işləyir. Psixoloqların qanunsuz fəaliyyətini işıqlandıranlar onları aramsız olaraq televiziya ekranlarında təbliğ edən, onlara “doktor” deyə müraciət edən, bu adamların fəaliyyətlərinə yalançı şahidlər tapıb gətirən və bunu televiziyada nümayiş etdirən televiziya aparıcıları və televiziyaların reklam şöbələridir ki, müəyyən məbləğdə pul əvəzində onları kütləyə tanıdırlar.

    Televiziyalar psixologiya mərkəzlərindən böyük pullar alaraq bütün günü bu fırıldaqçıları təbliğ edirlər, psixoloq televiziya studiyasında , reklam verilişində həkim-psixiatrın təyinatını cırıb yerə atır və aparıcı onun düz hərəkət etdiyini söyləyir.

    Reklam haqqında qanun mövcuddur, lakin bu qanuna heç kəs əməl etmir, psixoloq həkim qiyafəsində, həkim adı ilə reklam oluna bilməz, hər hansı bir saytda psixoloqu həkimlərin cərgəsində “Həkimlər” başlığı altında reklam etmək qadağandır, psixoloq tibbi problem haqqında rəy verə bilməz, insanın xəstə və ya sağlam olması , məhkəmə ekspertizası işləri barədə danışa bilməz, onun bu işlərə səlahiyyəti yoxdur, psixoloq sağlam olduğu həkim-psixiatr tərəfindən təsdiq olunmuş insanlar haqda rəy verə bilər, bütün psixoloji seanslar və manipulyasiyalar yalnız həkim-psixiatrın razılığından sonra aparıla bilər, bu manipulyasiyalar çox hallarda insanlara ziyan törədir, onların vəziyyətini daha da ağırlaşdırır.

    İndiki fırıldaq psixoloji xidmət yalnız reklama bağlıdır, reklam yoxdursa, psixoloji xidmət də olmayacaq, psixoloq-dələduzların gücü onların bacarığında deyil, pulla alınmış saxta reklamlardadır.

    - Psixoloqa getməklə, psixi durumu daha da pisləşən, müalicədə gecikən, heç bir şey əldə etməyən pasiyentlərin aqibəti necə olacaq? Ola bilərmi, bir insana psixoloq seansları əksinə ziyanlı olsun?

    - Psixoloq həkimlərdən fərqli olaraq xəstənin vəziyyətinin ağırlaşması üçün heç kim qarşısında cavabdeh deyil, onun məsuliyyəti heç bir normativ akt tərəfindən müəyyən edilməmişdir, psixoloqların manipulyasiyası zamanı psixoloji təzyiqdən insan ölərsə, və ya vəziyyəti pisləşərsə, bunun səbəbinin psixoloji manipulyasiyada axtarılması heç bir qanunla tənzimlənmir.

    Avstriya psixoloqlar assosiasiyası yuxarıda göstərilən səbəblərə görə psixoloqların işinə nəzarət məsələsini tam olaraq müştərinin həkim-psixiatrına həvalə edir, bu, çox təbiidir, SSRİ dövründə də həkim-psixiatrlar daima psixoloqların işinə nəzarət etmişlər, psixoloqların rəyinə zidd olsa da qeyd etməliyəm ki, hər bir normal psixiatr psixoloqun işini onun özündən yaxşı bilir.

    Məhz ona görə də, psixoloqlar iş görərkən qapını içəridən bağlayırlar, bu adamların işində şəffaflıq yoxdur, onlar tənqidi mövqeyi olan psixiatrları öz seminarlarına (seans əvəzinə indi “seminar” termini , və ya “sessiya” termini işlənir) dəvət etməyə qorxurlar, çünki bu adamların işi heç bir psixoloji texnologiyaların tələblərinə cavab vermir, söhbətləri də boşboğazlıqdan başqa bir şey deyildir.

    Psixoloqların fəaliyyəti insanların həyatı üçün təhlükəlidir. Lakin Azərbaycanda bu işi yoluna qoymaq üçün heç bir tədbir görülmür.
    Psixiatr-psixi(ruhi) xəstəliklərin səbəbləri, inkişaf mexanizmi, gediş variantları, diaqnostikası , müalicəsini , sağlam insanların xəstələnməsinin qarşısını almaq üçün nəzərdə tutulmuş psixoprofilaktika məsələlərini öyrənən və tətbiq edən tibb mütəxəssisidir.

    Psixoterapevt-psixoterapiya üzrə xüsusi hazırlıq keçmiş həkim-psixiatrdır, yalnız psixi xəstələrdə deyil, həm də başqa sistemlərin xəstəliklərindən əziyyət çəkən insanlarda xüsusi psixoterapevtik texnologiyalar tətbiq etməklə ruhi(psixi) sferaya təsir edir, beyinin fəaliyyətini yaxşılaşdırmaqla bütün orqan və sistemlərin fəaliyyətini yaxşılaşdırır, xəstəliyin gedişini yüngülləşdirir və ya xəstəliyi aradan qaldırır.

    Hər bir xəstəyə psixoterapiya tətbiq etmək olmaz, bütün müalicə metodları kimi psixoterapiyanın da çoxlu əks - göstərişləri vardır.

    Dələduz psixoloqların fəaliyyətində bir məqam da maraq doğurur: tez-tez onlar özlərini psixoterapevt kimi qələmə verirlər, bunun da səbəbi yenə də insanların avamlığındadır, psixoterapevtik fəaliyyəti yalnız həkim-psixiatrlar həyata keçirə bilər, elə ona görə də “HƏKİM-PSİXOTERAPEVT” deyilməsi və yazılması qəbul edilmişdir.

    Psixoloqlar hətta öz vizit kartlarında da “psixoterapevt “ yazdırırlar, lakin psixoloqların bu qeyri-normativ fəaliyyətləri həmişə gözdən qaçır, bunu nə üçün etdiklərini onlardan heç kim soruşmur.

    Hesab edirəm ki,psixoloqların indiki şəkildə olan Psixoloq- yalnız sağlam adamlarla işləməlidir, bu işində Beynəlxalq Normativ aktların tələblərinə əməl etməlidir.

    Bu problemin həllinin yeganə yolunu bu gün fəaliyyət göstərən psixoloqların fəaliyyətinin dondurulmasında, bütün qeyri-qanuni mərkəzlərin bağlanmasında, yeni psixoloqlar ordusunun yığılmasında, psixoloji təhsil sisteminin tam yenidən qurulmasında görürəm. Əks halda bu dələduzlardan yaxa qurtarmaq mümkün olmayacaq, cəmiyyətin olan-qalan psixoloji durumunu da dırnaqarası psixoloqlar məhv edəcək.

    Oxunub: 408
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      20-09-2025
      23:55 | “Türkçülük Araşdırmaları Dərgisi” nəşrə başladı
      23:54 | Avropa hava limanlarına kiberhücum! Uçuşlar ləğv edildi, sistem çökdü
      23:10 | Paşinyandan ermənilərə Ağrı dağı DƏRSİ - “Onlar bilmirlər ki...”
      23:05 | Paytaxtda fövqəladə vəziyyət elan edildi, 3000-dən çox şəxs həbs edildi
      23:00 | Formula 1-in MÜDDƏTİ UZADILDI - 2030-cu ilədək BAKIDA KEÇİRİLƏCƏK
      22:55 | Dərnəgül bazarı söküləcək
      22:50 | Şeyxin qızının klinikası borca düşdü
      22:45 | "İran Nətənz nüvə obyektindən daha yaxşısını tikəcək"- Pezeşkian
      15:30 | İctimai qurumların saxta medalları - Nail Kəmərli hamısından İMTİNA ETDİ - FOTO
      15:20 | Zəngəzur dəhlizi ilə bağlı təfərrüatlar bu danışıqlarda DƏQİQLƏŞƏCƏK
      15:00 | BMT-də gərgin gözlənti: İrana qarşı sanksiyalar bərpa edilir
      14:55 | İcra hakimiyyəti içərisində yaşayış olan 10-dan çox evi söküb - VİDEO
      14:45 | POLŞA, ESTONİYA... İNDİ NÖVBƏ KİMİNDİR? - Kreml azğınlaşır, NATO çaş-baş qalıb...
      14:41 | Adnan Əhmədzadənin HƏBSİ TƏSDİQLƏNDİ - Cinayət işini DTX aparır
      14:33 | Rusiya ordusu Dnepri bombaladı - 579 döyüş PUA-sı, 8 ballistik və 32 qanadlı raket atılıb
      14:15 | Şəmistan Nəzirli vəfat edib - nəşi Bakıya gətirilir
      13:55 | "Müharibənin sonunda final sülh sazişi olmaya da bilər"-  Zelenski
      13:40 | RUSİYADA MİQRANTLAR ÜÇÜN PATENTLƏR LƏĞV OLUNUR -  Yeni model tətbiq ediləcək
      13:35 | Oğlunun saatı Kadırovun başına BƏLA OLDU - Çeçenistan rəhbərinin istefası GÜNDƏMDƏ – FOTO
      13:30 | “Türkiyə 10 il əvvəl nümunə göstərdi”- Litva NATO-dan qətiyyət tələb edir
      13:20 | Xaçmazdakı dəhşətli qətl borc üstündə baş verib - TƏFƏRRÜAT
      13:15 | İlham Əliyev Ruanda Prezidentini belə qarşıladı - FOTO
      13:00 | TANRININ İMZASI VƏ TƏSADÜF
      12:55 | Tramp sentyabrın 25-də Ağ Evdə Ərdoğanla görüşəcək
      12:50 | “Bunu mən və İlham Əliyev etdik”- Paşinyandan etiraf
      12:45 | Erməni milyarder məşhur kanalı satın aldı - Qərbin sanksiyaları altındadır
      12:40 | Sabahın havası: yağış, dolu, qar...- PROQNOZ
      12:30 | HƏBS OLUNDUĞU iddia edilən Adnan Əhmədzadə KİMDİR?- DOSYE /FOTOLAR
      12:25 | Prezident Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım etdi -  VIDEO
      12:20 | Qənimət Zahid Baş Prokurorluğa çağırıldı -  Barəsində axtarış elan olunub
      11:55 | "Ermənistan Azərbaycanla sülh sayəsində yeni mərhələyə qədəm qoyub"- Paşinyan
      11:45 | Avropa Komissiyasında Orbana 550 milyonluq jest - Macarıstanın şantajı işə yaradı
      19-09-2025
      19:15 | Rusiya Yaxın Şərqdən muzdlu yığmağa başlayıb - İranın vasitəsilə
      19:00 | Aİ Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq
      18:55 | “Türkiyə çökür” iddialarına cavab - Reytinq şok etdi
      18:30 | NÜVƏ HÜCUMU ETMƏK POTENSİALINA MALİK 15 ÖLKƏ - “Nüvə üçlüyü”nün gücü...- ARAŞDIRMA
      18:15 | Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
      18:00 | MOSSAD-ın sabiq rəhbərindən SENSASİON ETİRAF - “Putin İrana zərbələrə şəxsən razılıq verib”
      17:50 | Monika Belluççi rejissor sevgilisindən AYRILDI - FOTO
      17:30 | Avqustda pensiya, aylıq müavinət, Prezident təqaüdü alanların SAYI AÇIQLANDI
      17:25 | “MOSKVA BAKI İLƏ KOMPROMİS AXTARIR” - “Oktyabrda yüksək səviyyəli görüş keçirilə bilər”
      17:20 | Səidə Bəkirqızı yenidən “SpaceTV”yə QAYIDIR - ÖZƏL
      15:45 | Kreml Trampı manipulyasiya edir - ISW-nin hesabatı
      15:40 | Firad Əliyevə yüksək vəzifə verildi - DOSYE
      15:35 | Ermənistanın MTX rəisi Simonyan Bakıya gəlir - Tarix AÇIQLANDI
      15:01 | Misir prezidenti İSRAİLİ "DÜŞMƏN" ADLANDIRDI:  Ordu döyüş hazırlığına GƏTİRİLDİ
      14:55 | Avropa Komissiyası Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyib
      14:50 | Elm və Təhsil Nazirliyi 40 MİLYON MANATLIQ kompüter alır
      14:45 | Qəzzadakı müharibə səbəbindən bir milyondan çox insan köçkün düşüb
      14:40 | Bu uşaqlara birdəfəlik müavinət veriləcək - 2600 manat
      14:30 | MƏMURLARIN VƏ DEPUTATLARIN DA MAAŞI AZALACAQ -  Vergi güzəştlərinin ləğvi hansı “sürprizlər” vəd edir?
      14:25 | Belarus və Çexiya arasında casusluq qalmaqalı - Diplomatik qarşıdurma dərinləşir
      14:20 | Samvel Karapetyan Rusiya vətəndaşlığından məhrum edilib
      14:15 | Bakıda və bölgələrdə leysan yağacaq -  Hava PROQNOZU
      13:00 | Bakıda Formula 2 Qran-Prisində sərbəst yürüşün qalibi bəlli oldu
      11:44 | Lukaşenkonun övladları - BELARUSUN GƏLƏCƏYİ:  PREZİDENT HANSI OĞLUNU VARİS SEÇƏCƏK?
      11:25 | ABŞ Qəzzada qətliamın davam etməsinə dəstək verib -  BMT TŞ-nin qətnaməsinə veto qoyub
      11:20 | "ABŞ İsrail siyasətinə gözlənildiyi qədər təsir göstərmir"- Hakan Fidan
      11:15 | Məktəb direktorunun səs yazısı ilə bağlı araşdırma başlanılıb
      11:10 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:45 | Azərbaycana BORCLU OLANLAR, Azərbaycanın BORCLU OLDUĞU ÖLKƏLƏR - Aradakı fərq...
      10:40 | Putindən əməkçi miqrantlarla bağlı təklif: Ləğv edilsin!
      10:35 | UEFA Çempionlar Liqasında GECƏNİN NƏTİCƏLƏRİ
      10:30 | Bu meyvə "gənclik iksiri"dir - Alimlər təsdiqlədi
      10:25 | Pezeşkian şayiələrə son qoydu: "Mən fəxr edirəm ki, türkəm!"
      10:20 | TRAMP-STARMER DANIŞIQLARI BAŞLADI -  Müttəfiqlər Ukrayna ilə bağlı strateji qərar verəcək
      10:15 | Millət vəkili istefa verdi -  Bu federasiyanın bütün rəhbər heyəti getdi
      10:11 | “Mən də burada qulam, pul almışam, yaxşı eləmişəm”-  Daha bir direktorun səs yazısı yayıldı /VİDEO
      10:05 | ABŞ Nümayəndələr Palatası anti-Azərbaycan düzəlişlərini rədd edib
      10:00 | Azərbaycanda qumar şəbəkəsi ifşa olundu -  Kiberpolisdən əməliyyat /VİDEO
      18-09-2025
      20:00 | UKRAYNAYA 200 MİNLİK “işğalçı qoşun” GÖNDƏRİLİR - Müharibə yeni fazaya QƏDƏM QOYUR
      19:30 | Counz Robert Qəri “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM
      19:15 | Rusiya “xilasedici kəmər”dən MƏHRUM EDİLİR -  “66 faiz MÜHARİBƏNİN ƏLEYHİNƏDİR”
      19:10 | Kozak istefa verdi -  Rəsmi səbəb açıqlandı, amma...
      19:05 | “Qonşuların maraqlarını nəzərə alsınlar”- Zaxarova Türkiyə-Ermənistan danışıqlarından “narahatdır”
      18:45 | Buraxılış imtahanında yeni növ suallar olacaq -  Detallar açıqlandı
      18:40 | MEDİA-nın Müşahidə Şurasının növbəti iclası keçirildi
      18:30 | “ŞÜKÜRLƏR OLSUN Kİ, RUSİYANI ORADAN ÇIXARDILAR"-  “Əliyevə çox minnətdaram...”- Kasparov
      18:25 | Ağdam şəhəri sakinlərini gözləyir -  Köçün tarixi AÇIQLANDI
      18:20 | Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
      18:15 | Yunanıstandan İsrailə tam dəstək: Sanksiyalar rədd edildi
      18:00 | Məşhur turizm şirkətində daha kimlər həbs ediləcək?- RƏSMİ
      17:55 | RUSİYA Ukraynaya daha 1 000 hərbçinin CƏSƏDİNİ TƏHVİL VERDİ
      15:45 | Britaniyada Rusiya kəşfiyyatı üçün işləyən 3 nəfər həbs olunub
      15:05 | “Araratın viza möhürlərindən silinməsi Türkiyənin tələbi deyil”- Paşinyan
      14:55 | Türkiyə MN-dən S-400-lərlə bağlı iddialara cavab
      14:50 | Prezident İlham Əliyev Aİ-nin Genişlənmə üzrə komissarını qəbul edib
      13:15 | “NEFT HASİLATI AZALIR, İQTİSADİ ARTIM TEMPİ DÜŞÜR”- "Vergi Məcəlləsini tez-tez dəyişmək yox, yenisini qəbul etmək lazımdır, yoxsa...”
      13:10 | Azərbaycanlı tələbələrin ən çox getdiyi ölkələr hansılardır?- İlk yerdə TÜRKİYƏDİR
      13:05 | Ukrayna ordusu qaz kəmərini partlatdı -  Rusların bu “marşrutu” bağlandı
      12:31 | İsrailli nazirdən qalmaqallı ETİRAF: Qəzzadakı əmlakı ABŞ-la BÖLƏCƏYİK
      12:20 | "London taksi"ləri hava limanından şəhərə neçəyə gedəcək?- 20 dəfə ucuza getmək də mümkündür /QİYMƏTLƏR
      12:00 | Türkiyə HÜCUMA KEÇSƏ, İsrail BU ADDIMI ATACAQ - Türk və yəhudi politoloqlardan AÇIQLAMA
      11:55 | Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 51 nəfər saxlanıldı
      11:10 | Avropa komissarı Azərbaycana gəlib - yüksək səviyyəli görüşlər keçirəcək
      11:00 | Məzahir Pənahovun oğlu məhkəməni UDUZDU -  300 minlik əmlakı keçmiş arvadına qaytaracaq
      10:55 | Rusiyanın terror planı İFŞA EDİLDİ - 15 nəfər saxlanılıb
      10:45 | İMPERİYA XƏYALI BİTDİ - RUSİYA Cənubi Qafqazdan ÇIXARILIR
      10:40 | Ağır dərs, robota çevrilən şagirdlər - Nazirlik qərar verdi
      10:35 | Şaradan İsrail bəyanatı: Masada hələ ki, sülh yoxdur!
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.