“Bunu mən və İlham Əliyev etdik”- Paşinyandan etiraf

“Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması hamıya məlumdur. Biz öz tariximizdə tamam başqa mərhələyə qədəm qoymuşuq”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Bu sülh avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı və dəstəyi, mənim və Azərbaycan Prezidenti İlham Əliyevin qəbul etdiyi bəyannamə ilə bərqərar oldu.
8 avqust uzun bir prosesin kulminasiya nöqtəsi, zirvəsidir. 1 il 7 aydır ki, Ermənistan–Azərbaycan sərhədində baş verən atışmada heç bir əsgər ölməyib və yaralanmayıb. Biz bunu 2 il 7 ay, 3 il, 4 il, 5 il, 50 il, 100 il, 200 il və sair halına gətirməliyik. Ermənistanın bütün sərhədlərinə şamil etməliyik”, – deyə o bildirib.
Press-fakt
Oxunub: 15
Xəbəri paylaş
Paylaş: