Kreml Trampı manipulyasiya edir - ISW-nin hesabatı
Kreml Trampı manipulyasiya edir – ABŞ-Rusiya münasibətləri Ukrayna müharibəsi bitmədən normallaşa bilərmi?
Kreml ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyasını manipulyasiya etməyə çalışır ki, ABŞ-Rusiya münasibətləri Ukrayna müharibəsi başa çatmadan normallaşsın. Bu isə Trampın əvvəlki açıqlamalarına ziddir. O, Rusiya ilə münasibətlərin yalnız Ukraynada sülh əldə edildikdən sonra yeni mərhələyə keçə biləcəyini bildirmişdi.
Bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutu (ISW) hesabat yayıb.
Hesabata əsasən, Rusiya xarici işlər naziri Sergey Lavrov sentyabrın 18-də bildirib ki, Tramp ABŞ-Rusiya münasibətlərindən Ukrayna mövzusunu “çıxarmaq” və iqtisadi, texnoloji və digər sahələrdə əməkdaşlığı normallaşdırmaq niyyətindədir. Lavrov bir gün əvvəl əlavə etmişdi ki, iki ölkə arasında iqtisadi əməkdaşlığa yönələn təşəbbüslər müharibəni dayandırmayacaq.
ISW ekspertlərinin fikrincə, Kreml Trampı Ukrayna müharibəsini ABŞ-Rusiya münasibətlərindən ayırmağa təşviq etməyə çalışır. Bu yanaşma həm müharibənin davam etməsinə şərait yaradır, həm də Rusiyanın enerji gəlirlərinə yönəlmiş sanksiyaların təsirini azaldır.
Hesabatda qeyd olunur ki, bu məqsədlə Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev ABŞ ilə iqtisadi və biznes əlaqələrinin genişləndirilməsində aktiv şəkildə istifadə olunur. Eyni zamanda Kremlin Ukraynadakı ilkin hərbi hədəflərinə sadiqliyini saxladığı, Ukraynanın kapitulyasiyası və Rusiyanın maksimalist tələblərinə razılıq verilməsi üçün israrlı olduğu vurğulanır.
Press-fakt