ABŞ Qəzzada qətliamın davam etməsinə dəstək verib - BMT TŞ-nin qətnaməsinə veto qoyub
ABŞ BMT Təhlükəsizlik Şurasında (TŞ) Qəzzada dərhal və daimi atəşkəsin tələb olunduğu qətnaməyə veto qoyub.
Bu barədə "Reuters" xəbər verir.
Qeyd olunur ki, qətnamənin lehinə 14 üzv səs verib. Qətmamədə Təhlükəsizlik Şurasında Qəzza sektorunda dərhal, qeyd-şərtsiz və daimi atəşkəs, eləcə də İsrailin Fələstin Dövlətinə humanitar yardımın çatdırılmasına qoyduğu bütün məhdudiyyətlərin aradan qaldırılması nəzərdə tutulurdu.
ABŞ isə qətnaməyə veto qoymaqla Qəzzada qətliamın və soyqrımın davam etməsini dəstəkləmiş olub.
Bu, ABŞ-nin Təhlükəsizlik Şurasında altıncı dəfə veto tətbiq etməsi olub.
Press-fakt
Oxunub: 17
Xəbəri paylaş
Paylaş: