Oğlunun saatı Kadırovun başına BƏLA OLDU - Çeçenistan rəhbərinin istefası GÜNDƏMDƏ – FOTO

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırova ailəsi ilə bağlı dəbdəbə nümayişi qalmaqallarından sonra xüsusi kurator təyin edib.
Bu barədə INSIDER-T Telegram kanalı məlumat yayıb.
Mənbə bildirib ki, daimi nəzarət məsələsi Kreml daxilində qapalı iclaslarda müzakirə olunub. Nəticədə qərara gəlinib ki, Kadırova şifahi xəbərdarlıqlar artıq kifayət etmir.
“Kuratora tapşırılıb ki, dəbdəbənin sosial şəbəkələrdə, mediada və birbaşa respublikada nümayişini izləsin. Ən kiçik pozuntu barədə siqnal birbaşa prezidentə ötürüləcək”, – deyə mənbə qeyd edib.
Putinlə Kadırov arasında gərginlik Çeçenistan rəhbərinin oğlu, respublika parlamentinin deputatı Adam Kadırovun toyundan sonra yaranıb. İnsayder məlumatlarına görə, Ramzan Kadırova sentyabradək dəbdəbəli həyatlarını açıq nümayiş etdirməyə qadağa qoyulub.
Lakin məhdudiyyətlərin aradan qaldırılmasından iki həftə sonra sosial şəbəkələrdə Adam Kadırovun brilyant saatlarının fotoları yayımlanıb. Bu addım Vladimir Putinin kəskin reaksiyasına səbəb olub.
Mənbələrin iddiasına görə, Putin bununla bağlı sərt xəbərdarlıq edib. Təkrar pozuntu baş verəcəyi halda Ramzan Kadırovun istefası məsələsi gündəmə gətiriləcək.