Monika Belluççi rejissor sevgilisindən AYRILDI - FOTO

60 yaşlı italyan aktrisa Monika Belluççi və 67 yaşlı amerikalı rejissor Tim Burton ayrılıblar.
Bu barədə “The Mirror” məşhur cütlüyün "bir-birinə böyük hörmət və dərin qayğı"nı vurğulayan lakonik birgə bəyanatına istinadən məlumat yayıb.
“Daily Mail”in məlumatına görə, onlar sonuncu dəfə iyunun 14-də 71-ci Taormina Film Festivalında (İtaliya) səhnədə birlikdə görüntüləniblər.
Qeyd edək ki, onlar daha əvvəl 2024-cü ilin noyabrında 21-ci Marrakech Beynəlxalq Film Festivalında (Mərakeş) və 2024-cü ilin oktyabrında Lionda (Fransa) 16-cı Lümyer Qardaşları Film Festivalının açılış mərasimində ictimaiyyət qarşısına çıxıblar. Ənənəyə uyğun olaraq, sevgililər əl-ələ tutaraq fotolar çəkdiriblər.
Aktrisanın və kinorejissorun eşq münasibəti haqqında məlumatlar 2023-cü ilin fevralında yayılıb və sensasiyaya səbəb olmuşdu.
Qlobal media daha sonra Paris Match jurnalının üz qabığında Paris ətrafında gəzən Belluçi və Burtonun fotosunu yerləşdirib.
Həmin nəşrin məlumatına görə, məşhurlar 2022-ci ilin oktyabrında Lionda baş tutan Lümyer Qardaşları Film Festivalından sonra görüşməyə başlayıblar. Bunun ardınca aktrisa rejissorun 1988-ci ildə çəkdiyi komediya janrlı qorxu filminin davamı olan bu yaxınlarda çəkdiyi “Beetlejuice” filmində baş qəhrəmanın həyat yoldaşını canlandırıb.
Press-fakt