“Türkiyə 10 il əvvəl nümunə göstərdi”- Litva NATO-dan qətiyyət tələb edir
"NATO-nun şimal-şərq sərhədi heç də təsadüfən sınaqdan keçirilmir. Türkiyə 10 il əvvəl nümunə göstərdi. Düşünmək üçün əsas var".
Bunu Litvanın Müdafiə naziri Dovilė Sakalienė Rusiyanın Estoniyanın hava məkanına təcavüzü ilə bağlı öz sosial şəbəkə səhifəsində yazıb.
Xatırladaq ki, 2015-ci il noyabrın 24-də Türkiyənin “F-16” qırıcısı Suriya-Türkiyə sərhədi yaxınlığında Türkiyənin hava məkanını pozan Rusiya Aerokosmik Qüvvələrinə məxsus “Su-24M” bombardmançı təyyarəsini məhv edib.
Press-fakt
Oxunub: 16
Xəbəri paylaş
Paylaş: