Qəbələdə 10 gün əvvəl avtomobillə vurulan piyada ölüb
Qəbələdə 10 gün əvvəl avtomobillə vurulan piyada ölüb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Qeyd olunub ki, aprelin 7-də Qəbələ şəhəri ərazisində sürücü Rahim Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə 1968-ci il təvəllüdlü piyada, rayonun Vəndam qəsəbə sakini Yaqub Hacıyevi vurub. Piyada xəstəxanaya yerləşdirilib və tibbi yardım göstərilməsinə baxmayaraq bu gün səhər saatlarında vəfat edib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Oxunub: 110
Xəbəri paylaş
Paylaş: