Bakıda avtomobillə vurulan piyada iki gün sonra ölüb
Bakıda avtomobillə vurulan piyada iki gün sonra vəfat edib. "Report"un xəbərinə görə, aprelin 10-da Zamanov Zərbi Eyvaz oğlu idarə etdiyi "VAZ 2170" markalı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində şəhər istiqamətində hərəkətdə olarkən piyada 1983-cü il təvəllüdlü Əsgərov Fuad Məmməd oğlunu ehtiyatsızlıqdan avtomobillə vurub. Aprelin 12-də Fuad Əsgərov aldığı xəsarətlərdən müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə ölüb. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Oxunub: 108
Xəbəri paylaş
Paylaş: