Ramiz Mehdiyev bu deputatları məhkəməyə vermişdi...- ADLAR

Xəbər verdiyimiz kimi, Səbail Rayon Məhkəməsinin 14 oktyabr tarixli qərarına əsasən, Prezident Administrasiyasının keçmiş rəhbəri və AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
Məhkəmə sənədlərinə əsasən, Mehdiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:
278.1 (hakimiyyəti zorla ələ keçirməyə yönələn əməllər),
274 (dövlətə xəyanət),
193‑1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Ramiz Mehdiyev uzun illər Azərbaycan siyasətinin “boz kardinalı” kimi tanınıb. Səlahiyyətlərini itirdikdən sonra isə tənqidlərin əsas hədəfinə çevrilib. 2020-ci ildə bu tənqidlər pik nöqtəyə çatdı və nəticədə Mehdiyev 15 deputatı məhkəməyə verdi.
Onun iddiasına əsasən, deputatlar tərəfindən ona qarşı yönələn fikirlər böhtan, təhqir və şəxsi nüfuzuna zərər kimi qiymətləndirilmişdi. Onun məhkəməyə verdiyi deputatların siyahısına aşağıdakılar daxil idi:
Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Səməd Seyidov, Adil Əliyev, Musa Qasımlı, Qənirə Paşayeva, Elman Nəsirov, Hikmət Babaoğlu, Eldar Quliyev, Ülvi Quliyev, Hicran Hüseynova, Cavid Osmanov, Şahin İsmayılov, Malik Həsənov, Sevinc Hüseynova və Siyavuş Novruzov.
Siyahıda ümumilikdə 16 deputatın adı çəkilsə də, Ramiz Mehdiyev yalnız 15 nəfəri rəsmi şəkildə məhkəməyə verib. İddialara görə, bir deputat sonradan onun tərəfindən "bağışlanıb".
Amma sonradan R.Mehdiyev məhkəmə iddiasını davam etdirmədiyi məlum oldu. Hazırda adı çəkilən şəxslərin R.Mehdievə qarşı irəli sürülən ittihamlara münasibət bildirməsi maraqlı olardı...
Rasim