Binəqədi rayonunda 8 yaşlı uşağı avtomobil vurub
Bakının Binəqədi rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, avtomobil yolu keçən 2015-ci il təvəllüdlü Əliyev Sinan İlham oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol incik sümüyünün sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Oxunub: 125
Xəbəri paylaş
Paylaş: