Bakıda 32 yaşlı qadın yol qəzasında ağır yaralanıb
Bakının Nəsimi rayonunda 32 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, avtomobil yolu keçən 1991-ci il təvəllüdlü Rzazadə Məltəm Əhməd qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Oxunub: 35
Paylaş: