Sabunçuda 22 yaşlı gənc oğlanı avtomobil vurub
Bakının Sabunçu rayonunda 22 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, Maştağa qəsəbəsində avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Əhmədov Hüseyin Davud oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.
Oxunub: 204
Xəbəri paylaş
Paylaş: