Bakıda 35 yaşlı kişi yol qəzası zamanı ağır xəsarət alıb
Bakının Nizami rayonunda 35 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
"Report"un məlumatına görə, 1988-ci il təvəllüdlü Mehdiyev Mikayıl Haqverdi oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 199
Xəbəri paylaş
Paylaş: