Bakıda 62 yaşlı qadın yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
Bakının Suraxanı rayonunda 62 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
"Report"un məlumatına görə, 1961-ci il təvəllüdlü Qurbanova Xanım Tapdıq qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 208
Xəbəri paylaş
Paylaş: