Şabranda gənc oğlan yol qəzasında xəsarət alıb
Şabran rayonunda 20 yaşlı gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. “Report”un məlumatına görə, 2003-cü il təvəllüdlü Səlimov Mustafa Ariz oğlu idarə etdiyi motosikleti hərəkətdə olan avtomobilə çırpıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub. Fakt araşdırılır.
Oxunub: 178
Xəbəri paylaş
Paylaş: