Bakıda 1 yaşlı körpə yol qəzasında ağır xəsarət alıb
Bakının Xətai rayonunda 1 yaşlı körpənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, Babək prospektində iki avtomobilin toqquşması nəticəsində sərnişin, 2022-ci il təvəllüdlü D.Ağazadə xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Oxunub: 112
Xəbəri paylaş
Paylaş: