Bakı-Qazax yolunda yük maşını ilə minik avtomobili toqquşdu: Ölən var
Goranboyda ölümlə nəticələnən ağır qəza baş verib. APA-nın məlunatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan yük maşını ilə VAZ-2106 markalı minik avtomobili toqquşub. Qəza zamanı minik maşının sürücüsü xəstəxanaya aparılarkən ölüb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 199
Xəbəri paylaş
Paylaş: