Bakıda minik avtomobili “KamAZ”la toqquşdu: Ölən və yaralananlar var

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük maşını toqquşub.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq, sıxılı vəziyyətdə qalan dörd nəfəri deformasiyaya uğrayan minik maşınından çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.
Oxunub: 517
Xəbəri paylaş
Paylaş: