Nərimanov rayonunda 59 yaşlı qadını avtomobil vuraraq ayağını sındırıb
Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, avtomobil yolu keçən 1964-cü il təvəllüdlü Əliyeva Zümrüd Ağa qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol ayağının sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Oxunub: 221
Xəbəri paylaş
Paylaş: