Bakıda motosikletçi qəza törədib, xəsarət alanlar var
Bakının Xəzər rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, 1991-ci il təvəllüdlü Əliyev Cavid Cəbrayıl oğlunun idarə etdiyi motosiklet yol kənarındakı maneəyə çırpılıb. Motosikletdə olan sərnişin 1995-ci il təvəllüdlü Cahangirov Rza Əlihüseyn oğlu müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 118
Xəbəri paylaş
Paylaş: