Sədərəkdə avtomobil yandı
Naxçıvan Muxtar Respublikasının (NMR) Sədərək rayonunda avtomobil yanıb. APA xəbər verir ki, NMR Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sədərək rayon Qaraağac kəndində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal Sədərək Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunublar. Yanğın söndürülüb.
Oxunub: 118
Xəbəri paylaş
Paylaş: