Goranboyda minik avtomobili aşıb
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Səfikürd kədinin yaxınlığında qeydə alınıb. Hərəkətdə olan “QAZ -3110” markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 1988-ci il təvəlüdlü Elnur Mamedov və 1984-cü il təvəllüdlü Ruslan Cənnətov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir. İlkin ehtimallara görə, qəzaya səbəb maşının təkərinin partlaması olub. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 98
Xəbəri paylaş
Paylaş: