Şəmkirdə iki avtomobil toqquşdu: Xəsarət alanlar var
Şəmkir rayon Çənlibel ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Report”un məlumatına görə, iki minik avtomobilinin toqquşması nəticəsində, 1996-cı il təvəllüdlü Vüqar Məmmədov və 1980-ci il təvəllüdlü Xalidə Asimova müxtəlif bədən xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 68
Xəbəri paylaş
Paylaş: