Gəncədə minik avtomobili yük maşını ilə toqquşdu
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Gəncə-Göygöl avtomobil yolunun birinci kilometrində qeydə alınıb. Hərəkətdə olan “Mitsubishi” markalı minik avtomobili ilə 10-GS-372 dövlət nömrə nişanlı, “QAZEL” markalı yük maşını toqquşub. Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 133
Xəbəri paylaş
Paylaş: