Bakıda restoranda təmir zamanı usta ağır xəsarət alıb
Bakıda usta hündürlükdən yıxılıb. APA xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində yerləşən restoranlardan birində qeydə alınıb. Restoranın ikinci mərtəbəsinin tavanında təmir işləri görən 1996-cı il təvəllüdlü Xaliq Mirzəzadə taxta konstruksiyanın üzərindən yerə yıxılıb. Nəticədə o, ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 99
Xəbəri paylaş
Paylaş: