Ermənistan "etnik təmizləmə" barədə həyasızcasına yalan danışır -
Yuri Osadçenko
Globall.az bildirir ki, bu barədə Trend-ə cümə axşamı "Azərbaycan Ukrayna Konqresi" İctimai Birliyinin sədri, Birinci Qarabağ müharibəsi veteranı Yuri Osadçenko deyib.
"Azərbaycanın Qarabağ rayonundakı ermənilər ölkə ərazisindəki digər etnik qrupların nümayəndələri kimi Azərbaycan sakinləridir və Azərbaycan bütün sakinlərinin qayğısına qalır. Gördüyümüz kimi, Azərbaycan artıq neçənci gündür ki, Qarabağ rayonunun erməni sakinlərinə humanitar, ərzaq yardımı göstərir, onları yanacaqla təmin edir. Çünki onları öz sakinləri hesab edir. Bəzi KİV-lərin və sosial şəbəkədəki müəyyən şəxslərin iddia etdiyi kimi, Azərbaycan onları ölkə ərazisini tərk etməyə məcbur etmir. Əksinə, ölkə onlara qalmağı, Azərbaycan vətəndaşlığını qəbul etməyi və burada yaşamağı təklif edir", - Osadçenko deyib.
O qeyd edib ki, məhz hərbi xunta erməni əhalini Azərbaycanın Qarabağ rayonunu tərk etməyə məcbur edir.