Rusiya Ukraynada bu qədər hərbçisini itirib - Yeni rəqəm açıqlandı
Rusiya ordusu Ukraynaya qarşı başladığı genişmiqyaslı müharibə dövründə 1,1 milyondan çox hərbçisini itirib.
Bu barədə NATO rəhbərliyində adı açıqlanmayan yüksək vəzifəli məmur məlumat verib.
Məmurun bildirdiyinə görə, 2025-ci ilin sentyabrında Rusiya ordusunun itkiləri əvvəlki aya nisbətən artıb, lakin hələ də 2024-cü ilin yazında baş verən kütləvi hücumları dövründəki səviyyədən aşağıdır. Payızın əvvəlində rus ordusunun gündəlik orta itkisi 950 nəfər təşkil edib.
“Rusiya hələ də son dərəcə yüksək itkilər verir. 2025-ci ildə orta hesabla gündə 1200 nəfər tki qeydə alınıb. Ümumilikdə, 1,1 milyon itkini keçmişik, onlardan 250 mindən çoxu döyüşlərdə həlak olub”, – deyə NATO nümayəndəsi vurğulayıb.
Eyni zamanda o, Ukraynanın müdafiə xəttinin güclü təzyiqə baxmayaraq dayanıqlı qalacağın bildirib:“Biz rus qüvvələrinin tədricən irəliləməsini müşahidə edirik, lakin yaxın perspektivdə Ukraynanın müdafiə xəttinin çökməsi ehtimalı çox azdır”.
NATO nümayəndəsi həmçinin Ukrayna Silahlı Qüvvələrinin bəzi əraziləri itirdiyini etiraf edib, lakin Rusiya ordusunun hücum tempinin azaldığını qeyd edib:“Rusiya quru qoşunları sentyabr ayında təxminən 250 kvadrat kilometr Ukrayna ərazisini ələ keçirib. Bu göstərici avqustda ələ keçirilən təxminən 465 kvadrat kilometrlə müqayisədə xeyli azdır. Azalma, yəqin ki, Rusiya ordusunun bir neçə diviziyasının cəbhə xətti boyunca əhəmiyyətli şəkildə yer dəyişməsi ilə bağlıdır".
Press-fakt