Türkiyədə dəhşətli avtomobil qəzası - 7 ölü, 14 yaralı

Türkiyənin Mersin şəhərinin Erdemli rayonunda dəhşətli qəza baş verib.
Press-fakt Türkiyə KİV-nə istinadla xəbər verir ki, kənd təsərrüfatı işçilərini daşıyan, sürücülük vəsiqəsi olmayan şəxsin idarə etdiyi mikroavtobusun qəzaya düşməsi nəticəsində ölənlərin sayı 7-yə yüksəlib.
Məlumata görə, hadisə nəticəsində 14 nəfər yaralanıb. Onlardan bəziləri evə buraxılıb.
Oxunub: 12
Xəbəri paylaş
Paylaş: