Daha bir uğursuz cəhd - İrəvan faktsız qaldı

Globall.az Milli.az-a istinadən bildirir ki, onlar iddia edir lokal antiterror tədbirlərindən sonra guya biz oradakı erməni sakinləri qovuruq. Hətta, bununla bağlı beynəlxalq təşkilatlara müraciətlər də olub.
Sözügedən iddia isə kökündən yanlışdır. Əvvəla, bu ərazilər onlara aid olmayıb, Rusiyanın Cənubi Qafqazdakı layihəsi kimi sonradan köçürülüblər. İkincisi isə onlara qarşı hər hansı kobudluq, qovmaq kimi hallar baş verməyib. Əksinə, polislərimiz onlara su verib, həkimlərimiz müayinə edib, yanğınsöndürənlərimiz onların yanan maşınlarını söndürüb və s. Bir sözlə, onların illər boyu bizə qarşı etdiklərinə baxmayaraq biz yenə də humanizm nümayiş etdirmişik.

Ətraflı
Həmçinin, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel də bu məsələyə münasibət bildirib. O, "Euronews"a müsahibəsində erməni əhalinin Qarabağı tərk etməsini etnik təmizləmə cəhdi kimi qələmə verməkdən çəkinib. Onun sözlərinə görə, erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin qorunması üçün Azərbaycan tərəfi böyük məsuliyyət daşıyır.

Ermənistan hökumətinin bu rəqəmləri şişirtməsindən onların bu iddia ilə çıxış edəcəkləri gözlənilən idi. Lakin, ermənilərin iddialarının ABŞ və Avropa İttifaqı tərəfindən əsasssız hesab edilməsi göstərir ki, həmin təşkilatlar Azərbaycanın regional əhəmiyyətini anlamağa başlayıb. Eləcə də, rəsmi Bakının bütün addımlarını beynəlxalq hüquq çərçivəsində atması da bu məsələdə mühüm rol oynayır.
Oxunub: 85
Xəbəri paylaş
Paylaş: