Makron hirsini "kağıza tökdü" - Bakıdan reaksiya
Qarabağda baş verən son proseslər ilə çətin duruma düşən Makron "hirsini kağıza töküb". Belə ki, 30 il ərzində bu məsələnin həlli üçün hər hansı faydalı iş görməyən ölkə yenə də ənənəsinə sadiq qalıb.
Globall.az Milli.az-a istinadən bildirir ki, Onlar Cənubi Qafqazdakı məsələlərə müdaxilə etməyə davam edirlər.
Dünən 473 səs çoxluğu ilə Avropa Parlamentində qəbul edilən qətnamə sübut edir ki, onlar erməni lobbisinin əlində oyuncağa çevriliblər. Bu qətnamənin hər bir bəndi Avropa Parlamanentinin mövcud reallıqlardan nə qədər uzaq olduğunu deməyə əsas verir. Uydurma cümlələrdən ibarət olan bu qətnamə göstərir ki, sənədin lehinə səs verənlərin nəinki bölgədəki proseslərdən, heç dünyadan xəbərləri yoxdur. Görünür, şəxsi maraqlarını beynəlxalq hüquq və qanunlardan üstün tutan parlamentarilər erməni lobbisi tərəfindən çirkli pullar hesabına maliyyələşir.
Fransa əhalisinin əksəriyyəti hesab edir ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda baş verən hadisələrə Paris qarışmamalı idi. Bu barədə ölkədə keçirilən ictimai rəy sorğusundan məlum olub. Sorğu iki gün əvvəl Fransanın BFM TV telekanalının sifarişi ilə sosioloqlar arasında yer alan ELABE ictimai rəy institutu tərəfindən keçirilib. Respondentlərdən Qarabağdakı son hadisələrdən sonra Fransa nə etməli olduğu soruşulub. 38% Bu münaqişəyə qarışmamağın tərəfdarı olub. 6 faiz isə Azərbaycana qarşı "DQ"yə qoşun yeritməyi təklif edib.
Bu gün Milli Məclis bu qətnaməyə qəti etirazını bildirib, bununla bağlı Bəyanat qəbul edilib. Qeyd edilib ki, Avropa Parlamentinin qərəzli qətnaməsi ikili standartların təzahürüdür. Həmçinin bildirilib ki, sözügedən qətnamə Fransadan olan islamafob deputatların fikri əsasında hazırlanıb. Bu qətnamənin qəbul edilməsi separatizmə açıq dəstək verməkdir. Fransa Cənubi Qafqazda sülh və təhlükəsizlik yolunda əngəldir. Xarici siyasəti iflasa uğrayan Fransanın özünün yeni mənfur müstəmləkəçilik siyasətini Cənubi Qafqazda tətbiq etməyə çalışması səlibçi siyasətinin təzahürüdür.