Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
RAMİZ MEHDİYEV HƏBS OLUNDU! - Dövlətə xəyanətdə ittiham olunur! /VİDEO
MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
Press-fakt.az
    
  • Daha bir tanınmış vəkilin fəaliyyəti dayandırıldı
    Daha bir tanınmış vəkilin fəaliyyəti dayandırıldı
  • 
  • Taksi sayına niyə kvota qoyulub? -
    Taksi sayına niyə kvota qoyulub? - RƏSMİ AÇIQLAMA
  • 
  • Keçmiş icra başçısı Musa Şəkiliyev hakim qarşısına çıxarıldı - 
    Keçmiş icra başçısı Musa Şəkiliyev hakim qarşısına çıxarıldı -  Qərar verildi /MƏHKƏMƏ
  • 
  • Dünyanın ən güclü pasportları açıqlandı:
    Dünyanın ən güclü pasportları açıqlandı: Azərbaycan neçəncidir?
  • 
  • Azərbaycanda bu şəxslər dövlətdən pulsuz avtomobil ala bilər -
    Azərbaycanda bu şəxslər dövlətdən pulsuz avtomobil ala bilər - RƏSMİ
  • 
  • Ukraynada çağırış yaşında olan 1,5 milyon kişi
    Ukraynada çağırış yaşında olan 1,5 milyon kişi AXTARIŞA VERİLDİ
  • 
  • Prezident bu nazirliyin bəzi səlahiyyətlərini ləğv etdi
    Prezident bu nazirliyin bəzi səlahiyyətlərini ləğv etdi
  • 
  • Krımdan yerli əhali təxliyyə edilir -
    Krımdan yerli əhali təxliyyə edilir - Feodosiya neft bazasında yanğın...
  • 
  • Ən çox şikayət olunan internet provayderlərinin adı açıqlanıb
    Ən çox şikayət olunan internet provayderlərinin adı açıqlanıb
  • 
  • Mərkəzi Bank Adil Əliyevi cərimə etdi -
    Mərkəzi Bank Adil Əliyevi cərimə etdi - Valyuta qaydalarını pozduğu üçün
  • 
  • Kadırov 36-cı medalını aldı - 
    Kadırov 36-cı medalını aldı -  Onların arasında görün hansı medallar var?
  • 
  • Plastik cərrahiyyədə “ƏLƏKDƏN KEÇƏNLƏR”:
    Plastik cərrahiyyədə “ƏLƏKDƏN KEÇƏNLƏR”: Kimə İCAZƏ verildi, kimlər KƏNARDA QALDI? - ADLAR
  • 
  • Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək
    Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək
  • 
  • İşğaldan azad olunan ərazilərdə yaşayanların sayı AÇIQLANDI
    İşğaldan azad olunan ərazilərdə yaşayanların sayı AÇIQLANDI
  • 
  • Çindən Rusiyaya dron texnologiyası axını güclənir -
    Çindən Rusiyaya dron texnologiyası axını güclənir - "The Washington Post"
  • 
  • Prezident Yaxın Şərq Sülh Sammitində iştirakı ilə bağlı
    Prezident Yaxın Şərq Sülh Sammitində iştirakı ilə bağlı VİDEO PAYLAŞDI
  • 
  • Tramp dünyanın ən zəngin ölkəsinin adını AÇIQLADI
    Tramp dünyanın ən zəngin ölkəsinin adını AÇIQLADI
  • 
  • BU ölkənin PREZİDENTİ Fransanın hərbi təyyarəsi ilə QAÇDI -
    BU ölkənin PREZİDENTİ Fransanın hərbi təyyarəsi ilə QAÇDI - FOTO
  • 
  • Dünyada ƏN ÇOX ÖLÜMƏ SƏBƏB OLAN XƏSTƏLİK -
    Dünyada ƏN ÇOX ÖLÜMƏ SƏBƏB OLAN XƏSTƏLİK - NECƏ YARANIR?
  • 
  • "Minsk qrupu ilə bağlı strukturlar dekabrın 1-dən gec olmayaraq bağlanacaq"-
    "Minsk qrupu ilə bağlı strukturlar dekabrın 1-dən gec olmayaraq bağlanacaq"-  ATƏT sədri
  • 
  • Bu ölkə Rusiyadan neft idxalını iki dəfə azaldıb -
    Bu ölkə Rusiyadan neft idxalını iki dəfə azaldıb - Özəl neft emalı müəssisələri isə artırır
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Cənubi Qafqazda regionu 30 ildir iflic edən münaqişəyə son qoyulur - Veronika Bard
  • ATƏT Cənubi Qafqazda sülh səylərini davam etdirəcək
  • “Gürcüstan, Azərbaycan və Ermənistan bölgənin cəlbediciliyini artırmalıdır”
  • "ARTIQ QARABAĞ AZƏRBAYCANIN DAXİLİ İŞİDİR"- Hikmət Hacıyev
  • Ekspert: “Delta” ştammı Cənubi Qafqazda yayıla bilər
  • Brüssel görüşünün taleyi: Bakının mövqeyindən asılılıq

    • Tarix: 24-10-2023, 16:43

    Kamal Adıgözəlov

    Cənubi Qafqazda sülh və barışın bərqərar olması ilə əlaqədar böyük güclərin apardıqları mübarizə aspektində ekspertlərin fikirləri maraq doğurur. Onlar hesab edirlər ki, artıq regionda geosiyasi dinamikanı ənənəvi güclər müəyyən etmirlər. Faktiki olaraq yeni situasiya yaranıb. Və burada Azərbaycan həlledici rol oynayır. Cənubi Qafqazda sülhün olub-olmaması məsələsi məhz rəsmi Bakının mövqeyindən asılıdır. Bunun fonunda Nikol Paşinyanın Qərbin "yol xəritəsi"ndən bəhs etməsi daxili auditoriyaya ünvanlanmış ritorikadan başqa bir şey deyildir. Çünki nə Rusiyasız Cənubi Qafqazda sülh ola, nə də Ermənistan bu prosesdə aparıcı rolu ifa edə bilər. Və regionda vəziyyətin bu dərəcədə təhlükəli olmasının başlıca səbəbkarı Ermənistandır. İndi İrəvan "sülhpərvər" qiyafədə yenidən zühur etsə də, bayağı və miskin görünəcək. Bundan başqa, reallıq elədir ki, Cənubi Qafqazda həqiqi güc Azərbaycandır. Rəsmi Bakının razılığı olmadan regionda hansısa nəticədən danışmaq mümkün deyildir.

    Konstruktiv güc: Azərbaycan regional geosiyasi treki dəyişir

    Bu ilin sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində erməni silahlı birləşmələrinin darmadağın edilməsi, separatçı xuntanın ləğvi, Xankəndi şəhərində Azərbaycan bayrağının ucaldılması, Qarabağda nəzarətin tam əldə edilməsi ilə meydana gələn regional miqyaslı geosiyasi transformasiyalar davam edir. Bir sıra ekspertlərin təxmin etdikləri kimi, Azərbaycanın əldə etdiyi nailiyyətlərin öz təsirini tezliklə itirəcəyi və təşəbbüsün ənənəvi olaraq Cənubi Qafqazda at oynadan böyük güclərin nəzarətinə keçəcəyi ilə bağlı proqnozlar özünü doğrultmadı. Əksinə, getdikcə aydın olur ki, bir neçə əsrdir regiona güclü təsiri olan xarici qüvvələr belə regionda rəsmi Bakının qəbul edəcəyi qərarlara uyğun fəaliyyət göstərməyə çalışırlar. Yəni, Azərbaycan tam olaraq Cənubi Qafqazın geosiyasi yeniləşmə ritmini müəyyən edir və həm region ölkələri, həm də böyük güclər siyasətlərini bu ritmə uyğunlaşdırmağa cəhdlər edirlər. Hazırda regionda mövcud olan vəziyyətə bu başlıca tezisin prizmasından nəzər salmaq lazım gəlir.

    İlk öncə, ekspertlərin belə bir qənaəti ilə razılaşmaq lazım gəlir ki, "Cənubi Qafqazda sülh prosesinə vasitəçilik uğrunda amansız mübarizə başlayıb". Konkret olaraq, "ABŞ və Qərb bu prosesin Rusiyanın nəzarəti altına keçməsinə qarşı müqavimət göstərir. Rusiya isə son vaxtlar təşəbbüsü ələ almaq şansı qazandığı üçün regional sülh prosesinə nəzarəti geri qaytarmağa can atır".

    Həqiqətən də, Vaşinqtonun, Brüsselin və Moskvanın Azərbaycanın Qarabağdakı uğurlu antiterror tədbirlərindən sonra atdıqları addımlara baxsaq, yuxarıdakı qənaətin əsaslı olduğunu deyə bilərik. Lakin onu da etiraf etmək lazımdır ki, bu mübarizənin verəcəyi nəticələri hələlik müəyyən etmək çox çətindir. Belə ki, ABŞ, Avropa İttifaqı və Rusiya fərqli məntiqlər və məqsədlərlə vəziyyətə müdaxilə etməyə çalışırlar.

    Belə təəssürat yaranır ki, Qərb bütövlükdə Rusiyanın aktivliyinə reaksiya vermək taktikasını seçib. Yəni, Vaşinqton və Brüssel əvvəlki kimi özü ideya təşəbbüskarı kimi çıxış etməyib, yalnız Rusiyanın təsirini neytrallaşdırmaq istiqamətində addımlar atır. Bu məqsədlə də Brüsseldə növbəti görüş məsələsini ciddi surətdə ortaya atıblar.

    Maraqlıdır ki, bu aspektdə hətta N.Paşinyan Qərb siyasətçilərindən daha aktiv və təşəbbüskar tərəf kimi görünür. Ekspertlər hesab edirlər ki, əslində, N.Paşinyan Qərbin demək istədiklərini ifadə edir. Lakin hər bir halda Vaşinqton və Brüsselin siyasi dairələri fəal olmalıdırlar ki, nəzərdə tutduqları görüşlər əvvəlkilərin taleyini yaşamasın.

    Nəyi nəzərdə tuturuq? Məsələ ondan ibarətdir ki, artıq Azərbaycan Ermənistan və havadarlarının "biz də sülh istəyirik" kimi ümumi frazaları ilə qane ola bilməz. Rəsmi Bakı qarşı tərəfdən konkret addımlar gözləyir və bunda tam haqlıdır. Real sülhə yalnız bu yol apara bilər. Məhz bu səbəbdəndir ki, kütləvi informasiya vasitələri N.Paşinyanın Avropa İttifaqının vasitəçiliyi əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə "yol xəritəsi" ilə bağlı dediklərinə maraq göstərirlər. Qərbin sülh müqaviləsini imzalamaq üçün geosiyasi "yol xəritəsi" hazırladığından bəhs edilir. Lakin bunun konkret olaraq nələrdən ibarət olduğu deyilmir. N.Paşinyanın söylədiklərinə baxsaq, görərik ki, əslində, iki məqamı qabardırlar. Birincisi, sülh təşəbbüskarları Qərb və Ermənistandır. İkincisi, Rusiya prosesə daxil deyildir.

    Belə çıxır ki, əslində, Qərbin dərdi Rusiyanı sülhyaratma prosesindən kənarlaşdırmaq və İrəvanı Cənubi Qafqazın əsas geosiyasi oyunçusu kimi təqdim etməkdən ibarətdir. Reallıqlara baxanda hər iki şərt "sabun köpüyü"dür. Çünki nə Rusiya baş verənlərdən kənarda qala bilər, nə də Ermənistan aparıcı ola bilər. Niyə?

    Yeni vəziyyətə adaptasiya: Brüssel anlamalı və qəbul etməlidır…

    Səbəbləri aydındır. Hər şeydən öncə, onu vurğulayaq ki, sentyabrdakı antiterror tədbirlərindən sonra rəsmi Moskva yaranmış duruma daha obyektiv yanaşan tərəf təsiri bağışladı. Vladimir Putin səviyyəsində Azərbaycanın apardığı hərbi əməliyyatlara haqq qazandırıldı və bunun beynəlxalq hüquqa uyğun olduğu ifadə edildi. Paralel olaraq Rusiya sülhməramlıları Azərbaycan Ordusunun qarşısına durmadı, lakin dinc ermənilərin Qarabağı öz arzuları ilə tərk etməsinə humanitar dəstək verdi. Bunlarla yanaşı, Kreml Azərbaycan və Ermənistan rəhbərlərinin sülh danışıqlarına evsahibliyi etməyə hazır olduğunu bəyan etdi. Ancaq Ermənistan tərəfi buna müsbət reaksiya vermədiyindən görüş hələlik baş tutmur. Bu isə Moskvaya verilən konkret siqnaldır.

    Qərb necə davrandı? Fransanın timsalında Avropa İttifaqının reaksiyasını çəkinmədən arzuolunmaz adlandıra bilərik. Rəsmi Paris birmənalı olaraq ermənipərəst mövqe tutdu və bir neçə siyasi-diplomatik həmlə ilə vəziyyəti dəyişməyə çalışdı. Lakin Azərbaycan rəhbərliyinin müstəqil və qətiyyətli mövqeyi qarşısında tədricən geri çəkilməli oldu. Həm də N.Paşinyan Azərbaycanın addımlarına sözdə elə də etiraz etmirdi. Xankəndidə dövlət bayrağımız ucaldılandan sonra isə Parisin səsi tamam batdı. Əvəzində, Brüssel və Vaşinqton yeni oyuna başladılar. Onlar artıq getməkdə olan qatara minmək üçün sülh prosesinin təşəbbüskarı kimi görünməkdədirlər.

    Məhz bu gedişlərin fonunda Brüsseldə görüş haqqında N.Paşinyan danışmağa başladı. O, hətta bir neçə dəfə nikbin fikirlər də səsləndirdi. Onlar Zəngəzur dəhlizinin açılması perspektivi ilə əlaqəlidir. Bundan başqa, Ermənistanda siyasi dairələrdə Azərbaycan və Türkiyə ilə münasibətlərin hətta "bir sıra tarixi-ideoloji ağır itkilərə baxmayaraq", "yaxşılaşdırılması" ehtiyacından açıq danışmağa başladılar.

    Bu kontekstdə İranın reaksiyası da maraq doğurur. Tehran artıq əvvəlki kimi sərt xətt tərəfdarı deyil. Lakin loyal mövqedə də deyildir. Və yenidən Ermənistana "qırmızı cizgilər" çəkir. Belə çıxır ki, İran rəhbərləri Cənubi Qafqazdakı hadisələrə təsir edə biləcəklərinə ümidlərini itiriblər. Onlar, sadəcə, sərt ritorika ilə meydanda olduqlarını xatırlatmağa çalışırlar. Ancaq reallıq ondan ibarətdir ki, Tehran rəsmilərini böyük güclərdən heç biri ciddi qəbul etmir. Hətta Rusiya belə onun təkliflərini qulaqardına vurur.

    Türkiyə bütün bu proseslərin fonunda olduqca təmkinli və konstruktivdir. Rəsmi Ankara Azərbaycanın regional siyasətini tam dəstəklədiyini və Ermənistanın əməkdaşlıq etməkdən başqa yolunun olmadığını qətiyyətlə ifadə edir. Bu mövqe onu göstərir ki, Azərbaycan-Türkiyə birliyi Cənubi Qafqazda aparıcı geosiyasi gücə çevrilməkdədir. Ekspertlər bu ayın sonlarına doğru keçirilməsi nəzərdə tutulan üçtərəfli Brüssel görüşündən gözləntilərə də məhz bu reallıq müstəvisində baxırlar.

    Burada Bakı və Ankaranın Zəngəzur dəhlizi ilə bağlı daim ifadə etdikləri fikirlər həlledici rol oynayır. Brüssel də Zəngəzur dəhlizinin açılması zərurətindən danışır. Lakin Rusiya olmadan! Bu isə mümkün deyildir. Çünki Rusiya öncədən bu layihənin daxilindədir və həmişə dəstəkləyib. Rəsmi İrəvan da Rusiyasız dəhlizdən bəhs edir. Belə çıxır ki, Qərb indi də Zəngəzur məsələsini Rusiya ilə münasibətlərinin girovuna çevirmək istəyir. Dolayısı ilə bu, Zəngəzur dəhlizi məsələsini ləngitmək təsiri bağışlayır. Ermənistanın müxtəlif şərtlər irəli sürməsi bu baxımdan qeyri-adi görünmür.

    Bütün bunların fonunda ekspertlərin Brüssel görüşünün gələcək taleyi ilə bağlı fikirləri maraq doğurur. Əslində, burada qaranlıq bir məqam yoxdur. Çünki əgər Qərb Azərbaycanın mövqeyini ciddi nəzərə alacaqsa, Ermənistanla sülh müqaviləsi imzalanacaq. Yox, əgər Ermənistanı sülh prosesində aparıcı kimi göstərib, Azərbaycandan hər hansı güzəşt tələb etmək fikrinə düşsələr, heç bir nəticə olmayacaq. Qranadada Azərbaycanın iştirakı olmadan imzalanmış sənəd isə adi kağız parçası olaraq qalacaq.

    Deməli, Brüssel görüşünün taleyi Brüsselin özündən asılıdır. Onlar reallığı görüb ona uyğun hərəkət etsələr, sülh müqaviləsi imzalana bilər. Əks halda, mümkün olmayacaq.

    Bu deyilənlər onu göstərir ki, böyük güclərin Cənubi Qafqaz uğrunda mübarizəsinin daha da kəskinləşməsinə baxmayaraq, Azərbaycanın mövqeyi həlledici rol oynayır. Artıq Azərbaycansız heç bir böyük güc regionla bağlı nəticə verə biləcək addım ata bilməz! Bu, yeni reallıqdır və sülh müqaviləsinin də taleyi bu faktordan asılıdır. Növbəti Brüssel görüşünün aqibətini də həmin reallıqda axtarmaq gərəkdir!


    Oxunub: 84
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      14-10-2025
      23:45 | Daha bir tanınmış vəkilin fəaliyyəti dayandırıldı
      23:40 | RAMİZ MEHDİYEV HƏBS OLUNDU! - Dövlətə xəyanətdə ittiham olunur! /VİDEO
      23:35 | Taksi sayına niyə kvota qoyulub? - RƏSMİ AÇIQLAMA
      19:00 | Keçmiş icra başçısı Musa Şəkiliyev hakim qarşısına çıxarıldı -  Qərar verildi /MƏHKƏMƏ
      18:45 | Azərbaycan-Pakistan-Türkiyə SPİKERLƏRİNİN GÖRÜŞÜ - İslamabad Bəyannaməsi qəbul edildi
      18:30 | Dünyanın ən güclü pasportları açıqlandı: Azərbaycan neçəncidir?
      18:20 | Azərbaycanda bu şəxslər dövlətdən pulsuz avtomobil ala bilər - RƏSMİ
      18:15 | Ukraynada çağırış yaşında olan 1,5 milyon kişi AXTARIŞA VERİLDİ
      18:10 | Prezident bu nazirliyin bəzi səlahiyyətlərini ləğv etdi
      18:00 | DÜNYADAKI ƏN BAHALI MADDƏ - Nə qızıl, nə də platindir
      17:55 | Krımdan yerli əhali təxliyyə edilir - Feodosiya neft bazasında yanğın...
      17:50 | Ən çox şikayət olunan internet provayderlərinin adı açıqlanıb
      17:45 | Mərkəzi Bank Adil Əliyevi cərimə etdi - Valyuta qaydalarını pozduğu üçün
      17:40 | Kadırov 36-cı medalını aldı -  Onların arasında görün hansı medallar var?
      17:30 | Plastik cərrahiyyədə “ƏLƏKDƏN KEÇƏNLƏR”: Kimə İCAZƏ verildi, kimlər KƏNARDA QALDI? - ADLAR
      17:25 | Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək
      17:20 | İşğaldan azad olunan ərazilərdə yaşayanların sayı AÇIQLANDI
      17:15 | Çindən Rusiyaya dron texnologiyası axını güclənir - "The Washington Post"
      16:35 | Əhali dərmana niyə 1 milyard manat xərcləyib?- İqtisadçı-ekspert
      16:15 | “ÇƏKİNİRƏM, QORXURAM...” -  “Daha o məclislərə getmirəm...”
      14:30 | Bakıda TAKSİLƏRİN SAYINA LİMİT QOYULDU - Nazirlər Kabinetindən TƏSİRLİ QƏRAR /VİDEO
      14:25 | Prezident Yaxın Şərq Sülh Sammitində iştirakı ilə bağlı VİDEO PAYLAŞDI
      14:20 | Tramp dünyanın ən zəngin ölkəsinin adını AÇIQLADI
      14:15 | BU ölkənin PREZİDENTİ Fransanın hərbi təyyarəsi ilə QAÇDI - FOTO
      13:40 | Dünyada ƏN ÇOX ÖLÜMƏ SƏBƏB OLAN XƏSTƏLİK - NECƏ YARANIR?
      13:35 | "Minsk qrupu ilə bağlı strukturlar dekabrın 1-dən gec olmayaraq bağlanacaq"-  ATƏT sədri
      13:30 | Bu ölkə Rusiyadan neft idxalını iki dəfə azaldıb - Özəl neft emalı müəssisələri isə artırır
      13:25 | Kiyev “Tomaqavk”-a sahib olmağın bir addımlığında -  ABŞ buraxılış qurğusunu təqdim etdi
      13:20 | Prezident “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb
      13:15 | KASPAROV, XODORKOVSKİ VƏ DİGƏRLƏRİ...- Kreml onları “dövlət çevrilişinə cəhddə” ittiham etdi
      13:10 | Rus ordusunun son sutkadakı itkiləri açıqlandı -  SİYAHI
      13:05 | Azərbaycan, Rusiya və İran üçtərəfli işçi qrupu yaradacaq
      13:00 | İki ayda dördüncü görüş - “Erməni radikallar narahatdırlar, amma...”
      12:55 | ATƏT sədri Ermənistanda Ararat Mirzoyanla görüşüb
      12:50 | AGENTLİK ƏMƏKDAŞLARI İLƏ MÜHAFİZƏÇİLƏR ARASINDA DAVA -  Sədərək Ticarət Mərkəzində olay /VİDEO
      12:45 | "Hər il təhsilə, təxminən 5 milyard manat ayrılır"- Nazir müavini
      12:40 | Pakistanla gərginlik daxili qruplaşmadan qaynaqlanır - Nurulhak Ənvər
      12:35 | Böyük Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ
      12:30 | “Tək ya iki dövlət fərq etmir, biz Qəzzanı bərpa etməliyik”- Tramp
      13-10-2025
      21:00 | "Ehtiyac yarandığı zaman Ərdoğan həmişə yanımda olub"- Tramp /VİDEO
      21:00 | QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI -  "Dünya üçün böyük bir gündür" /FOTO
      20:45 | İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb - VİDEO
      20:44 | Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...- VİDEO
      17:20 | Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
      17:00 | Olayın səbəbi: Ərdoğan pilota "geri dönün" əmri verib -  Netanyahunun gəlməyəcəyini bilincə...
      16:45 | ÖLKƏDƏ BU ƏRZAQ MƏHSULLARININ QİYMƏTİ KƏSKİN BAHALAŞIB - İqtisadçı səbəbləri açıqladı
      16:35 | ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var - Tramp
      16:30 | Qohumla evlənmək üçün... övlad valideyndən imtina edə bilər?
      16:25 | Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
      16:20 | Ərdoğan Misirdə! Təyyarə əvvəlcə uçuş zolağından çıxıb...
      15:45 | “KÖÇƏRYANDAN XAHİŞ ETDİM Kİ, MƏNİ EVİMƏ APARSINLAR”- Misir Mərdanovla MÜSAHİBƏ
      15:30 | İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü - FOTOLAR
      15:25 | Misir Prezidenti İlham Əliyevi belə qarşıladı - VİDEO
      15:20 | Netanyahu:  “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
      15:15 | Deputat partiyadan çıxarılıb -  "Qüdrət müəllim telefon zənglərimi bloka atıb"
      15:10 | BAKIDA GÖMRÜK məmurunu QADINA GÖRƏ ÖLDÜRÜBLƏR -  ŞOK DETALLAR
      14:41 | "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-  Tramp
      13:20 | Tehran küçələrində hicabsız qadınlar - İranda nə baş verir? /FOTOLAR
      13:15 | Prezident dəmir yolu işçilərini təltif etdi - ADLAR
      13:10 | Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
      13:00 | "AZƏRBAYCAN VƏ QAZAXISTAN TƏHDİD ALTINDADIR..."- “Rusiya ilə əvvəlki münasibətləri bərpa etmək mümkün deyil”
      12:45 | Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
      12:30 | 5 ÖLKƏYƏ qırıcı təyyarələrə sahib olmaq QADAĞANDIR - SƏBƏB NƏDİR?
      12:25 | Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
      11:40 | Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
      11:30 | BAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ - 16 yaşlı oğlan saxlanılıb /FOTOLAR
      11:25 | İsrail və HƏMAS arasında əsir mübadiləsi başladı - FOTO/VİDEO
      11:20 | Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb
      11:15 | Şair Əlisəmid Kür vəfat edib
      11:00 | Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək
      00:30 | MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
      00:25 | Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
      00:25 | İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
      00:22 | Bu şəxslərin ölüm riski yüksəkdir -  XƏBƏRDARLIQ
      00:20 | Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
      00:15 | RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
      00:10 | İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
      00:07 | Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU
      00:05 | İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
      00:00 | Фейк, который не успели спрятать. «Истерики древнего мира»
      12-10-2025
      18:45 | İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
      18:40 | Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
      18:15 | Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
      18:00 | DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
      17:45 | İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
      17:40 | Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
      17:20 | Əfqanıstanla Pakistan sərhədində AĞIR DÖYÜŞLƏR BAŞLAYIB
      17:15 | Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
      17:10 | 38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
      17:00 | Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
      16:35 | Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
      16:00 | Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
      15:55 | İlham Əliyev İspaniya Kralını təbrik etdi
      15:45 | AZƏRBAYCANDA NİYƏ MİYONÇULARIN RƏSMİ SİYAHISI YOXDUR? - Ekspertdən ritorik sual
      15:40 | "Taliban"dan fərqli olaraq, müki əhalini hədəfə almırıq"- Pakistan XİN
      15:30 | Misirdə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
      15:20 | Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
      15:15 | Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
      15:00 | İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
      14:35 | Kürdlər və Dəməşq neft sazişi bağladı
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.