“Kontakt Home”a qarşı dələduzluq edildi
“Kontakt Home” əmtəə nişanının sahibi “ABC-Telecom” MMC-yə qarşı dələduzluq edilib.
Globall.az Pravda.az-a istinadən bildirir ki, Emin Quliyev və Həmid Əliyev şirkətin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçiriblər.
Artıq onların cinayət işi üzrə ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Novruz Kərimovun icraatına verilib və hazırlıq iclası noyabrın 4-nə təyin edilib.
Oxunub: 86
Xəbəri paylaş
Paylaş: