Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
RAMİZ MEHDİYEV HƏBS OLUNDU! - Dövlətə xəyanətdə ittiham olunur! /VİDEO
MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
Press-fakt.az
    
  • Daha bir tanınmış vəkilin fəaliyyəti dayandırıldı
    Daha bir tanınmış vəkilin fəaliyyəti dayandırıldı
  • 
  • Taksi sayına niyə kvota qoyulub? -
    Taksi sayına niyə kvota qoyulub? - RƏSMİ AÇIQLAMA
  • 
  • Keçmiş icra başçısı Musa Şəkiliyev hakim qarşısına çıxarıldı - 
    Keçmiş icra başçısı Musa Şəkiliyev hakim qarşısına çıxarıldı -  Qərar verildi /MƏHKƏMƏ
  • 
  • Dünyanın ən güclü pasportları açıqlandı:
    Dünyanın ən güclü pasportları açıqlandı: Azərbaycan neçəncidir?
  • 
  • Azərbaycanda bu şəxslər dövlətdən pulsuz avtomobil ala bilər -
    Azərbaycanda bu şəxslər dövlətdən pulsuz avtomobil ala bilər - RƏSMİ
  • 
  • Ukraynada çağırış yaşında olan 1,5 milyon kişi
    Ukraynada çağırış yaşında olan 1,5 milyon kişi AXTARIŞA VERİLDİ
  • 
  • Prezident bu nazirliyin bəzi səlahiyyətlərini ləğv etdi
    Prezident bu nazirliyin bəzi səlahiyyətlərini ləğv etdi
  • 
  • Krımdan yerli əhali təxliyyə edilir -
    Krımdan yerli əhali təxliyyə edilir - Feodosiya neft bazasında yanğın...
  • 
  • Ən çox şikayət olunan internet provayderlərinin adı açıqlanıb
    Ən çox şikayət olunan internet provayderlərinin adı açıqlanıb
  • 
  • Mərkəzi Bank Adil Əliyevi cərimə etdi -
    Mərkəzi Bank Adil Əliyevi cərimə etdi - Valyuta qaydalarını pozduğu üçün
  • 
  • Kadırov 36-cı medalını aldı - 
    Kadırov 36-cı medalını aldı -  Onların arasında görün hansı medallar var?
  • 
  • Plastik cərrahiyyədə “ƏLƏKDƏN KEÇƏNLƏR”:
    Plastik cərrahiyyədə “ƏLƏKDƏN KEÇƏNLƏR”: Kimə İCAZƏ verildi, kimlər KƏNARDA QALDI? - ADLAR
  • 
  • Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək
    Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək
  • 
  • İşğaldan azad olunan ərazilərdə yaşayanların sayı AÇIQLANDI
    İşğaldan azad olunan ərazilərdə yaşayanların sayı AÇIQLANDI
  • 
  • Çindən Rusiyaya dron texnologiyası axını güclənir -
    Çindən Rusiyaya dron texnologiyası axını güclənir - "The Washington Post"
  • 
  • Prezident Yaxın Şərq Sülh Sammitində iştirakı ilə bağlı
    Prezident Yaxın Şərq Sülh Sammitində iştirakı ilə bağlı VİDEO PAYLAŞDI
  • 
  • Tramp dünyanın ən zəngin ölkəsinin adını AÇIQLADI
    Tramp dünyanın ən zəngin ölkəsinin adını AÇIQLADI
  • 
  • BU ölkənin PREZİDENTİ Fransanın hərbi təyyarəsi ilə QAÇDI -
    BU ölkənin PREZİDENTİ Fransanın hərbi təyyarəsi ilə QAÇDI - FOTO
  • 
  • Dünyada ƏN ÇOX ÖLÜMƏ SƏBƏB OLAN XƏSTƏLİK -
    Dünyada ƏN ÇOX ÖLÜMƏ SƏBƏB OLAN XƏSTƏLİK - NECƏ YARANIR?
  • 
  • "Minsk qrupu ilə bağlı strukturlar dekabrın 1-dən gec olmayaraq bağlanacaq"-
    "Minsk qrupu ilə bağlı strukturlar dekabrın 1-dən gec olmayaraq bağlanacaq"-  ATƏT sədri
  • 
  • Bu ölkə Rusiyadan neft idxalını iki dəfə azaldıb -
    Bu ölkə Rusiyadan neft idxalını iki dəfə azaldıb - Özəl neft emalı müəssisələri isə artırır
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
  • İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi (YENİLƏNDİ)
  • Həştərxanda Heydər Əliyevin xatirəsi yad edildi
  • Baş nazir: "Bugünkü Azərbaycan Ulu Öndərin əsasını qoyduğu, arzuladığı və görmək istədiyi ən güclü ölkədir"
  • Elmira Axundovanı ifşa edən VİDEO - O, Heydər Əliyevlə bağlı hansı yalanları danışıb?
  • Heydər Əliyevin şəxsi fotoqrafı: "Qartopu düzəltdi və əlini qaldırdı, dedi ki..."

    • Tarix: 1-11-2023, 13:14

    2023 – “Heydər Əliyev İli”... Bu dahi haqqında saya gəlməyəcək məqalələr yazılıb, kitablar nəşr edilib. Dünya miqyaslı siyasətçinin siyasi, ictimai fəaliyyəti göz önündədir. 


    Globalll.az Demokrat.az-a istinadən bildirir ki, bugünkü qüdrətli Azərbaycan onun şah əsəridir. Ulu Öndər bir çox fotolarında bizə gülümsəyir. Ciddi, qayğılı göründüyü fotoları da var. Şübhəsiz, hansısa mühüm məsələnin həllini düşünüb. Maraqlıdır, kim çəkirdi Ulu Öndərin şəkillərini? Onu kameranın obyektivinə "salmağı" kimə, kimlərə həvalə edirdi? Araşdırdım. Və tapdım. Həm də sevindim. Demə, Ulu Öndərin anlarını fotoların yaddaşına həkk edən şəxs İçərişəhərdəki evimizin qonşuluğunda yaşayırmış. Əlaqə yaratdım. 10 il Ulu Öndərin şəxsi fotoqrafı olmuş Rafiq Bağırov suallarımı təmkinlə cavabladı.

     

    -  Rafiq müəllim, nə vaxtsa dahi birinin şəxsi fotoqrafı olacağınız ağlınıza gəlirdimi və ya bunu arzu etmisinizmi? 

     

    -    Yatsam, yuxuma da gəlməzdi ki, belə bir şəxsiyyətlə işləyə bilərəm. Tam təsadüf nəticəsində baş verən bir hadisə idi. Mən bunu yaşadım və onunla 10 il bir yerdə işlədim. 


    -    Müsahibələrinizin birində qeyd etmisiniz ki, o dövrdə foto ilə bağlı müasir texnikaları əldə etmək çətin idi. Sizdə olan texnika heç bir idarədə olmayıb. Maraqlıdır, necə əldə edirdiniz lazım olanları?

     

    -    Deyə bilərəm. Deməli, mənim atam jurnalist olub, “Elm və Həyat” jurnalı var idi, yadınıza gəlirsə - sonuncu iş yeri ora olub, baş redaktoru idi. İşi ilə əlaqədar evdə şəkillər çıxarırdı. Məndə də tədricən maraq oyanırdı bu sahəyə, işlərində ona kömək edirdim. Televiziyada kino sexi var idi. 132 nömrəli məktəbi bitirəndən sonra adi bir işçi kimi oraya qəbul olundum. Elə şərait yarandı ki, foto ilə məşğul olmağa imkanım olurdu. Orada işləyə-işləyə həm də fotoqrafiyaya vaxt ayıra bilirdim. Bir müddətdən sonra kino sexinin rəisi oldum. O vaxt avadanlıq az idi. Bilirsiniz, sovet  texnikası dünyada tanınmırdı. Yapon, alman texnikasını əldə etmək üçün yollar axtarırdım. Qabaqcıl texnikaya sahib olsam da özümü professional fotoqraf hesab etmirdim. 

     

    -    1993-cü ilin iyul ayını xatırlatmaq istəyirəm. Heydər Əliyev onun şəkillərini çəkən digər fotoqrafların işini bəyənməyib. Bu vaxt sizə təklif gəlib. Təklifin  kimdən, haradan gəldiyi maraqlıdır.

     

    -    Bilirsiniz, dəvət uzaqdan gəldi. Kimə desələr, yaxşı fotoqraf lazımdır, mənim adımı çəkirdilər. O dövrdə Bakıda rəngli foto ilə məşğul olan 3-4 nəfər var idi. Onlardan biri də mən idim. Xarici istehsal olan kağızlar, foto lentləri məndə olduğuna görə belə bir təklif də gəldi. Buna qədər Heydər Əliyevi bir neçə dəfə gəlib, çəkiblər, bəyənməyib. Tərəddüd etsəm də bu məsuliyyətli işi üzərimə götürdüm. Əvvəlcə onun portretlərini çəkdim. 


    -    Sizinlə eyni vaxtda Heydər Əliyevin portretlərini çəkən fotoqrafda şəkillər alınmayıb.

     

    -    Yenə də deyirəm, özümü peşəkar hesab etmirdim. Həmin vaxt Heydər Əliyev prezidentliyə namizəd idi. Seçkiqabağı kampaniya üçün şəkillərini çəkmək təklifi gələndə bildirdim ki, özümlə bir nəfər də fotoqraf gətirəcəyəm. Həmin şəxs professional fotoqraf idi. Razılaşdılar, dedilər, kimi istəyirsən gətir, amma çəkiliş lazımdır. Təyin olunmuş vaxtda getdim. O fotoqraf üç aparatla çəkirdi, amma heç bir dənə də kadr alınmadı, adını çəkmirəm. Mən çəkən kadrlar alınmışdı. Necə deyərlər, bu sınaqdan da birtəhər çıxdım.

     

    -    Heydər Əliyev işinizi bəyənib, bir cümlə ilə deyib ki, sən mənimlə işləyəcəksən.

     

    -    Bilirsiniz, bu sözü o elə-belə demədi. Şəkillərə diqqətlə baxdı. Hərtərəfli şəxs idi, fotodan da anlayışı var idi.  O vaxtlar Azərbaycan Televiziyasında böyük bir şöbənin rəisi idim. Dedim ki, mən işləyirəm axı.  İkinci dəfə təkrarladı, sən mənimlə işləyəcəksən. “Yox” deməyə haqqım da yox idi. Dedim, baş üstə...

     

    -  İlk dəfə Heydər Əliyevlə Milli Məclisdə onun iş otağında görüşmüsünüz. Təəssüratlarınız necə olmuşdu?

     

    -    İlk təəssürat necə olur? “Politbüro”nun üzvü, dünyada tanınan, böyük nüfuza sahib bir şəxsiyyətlə ilk görüş, ilk təəssürat necə ola bilər? (gülür)  Qarşında dayanan insan ölkə prezidentliyinə namizəddir. Onunla üz-üzəsənsə, hər sözünə, hər hərəkətinə diqqət etməlisən, məsuliyyətin böyükdür. 

     

    -    Təsəvvürünüzdəki insanımı gördünüz qarşınızda, yoxsa düşündüyünüzdən daha fərqli təsir bağışladı?

     

    -    Düşündüyümdən də fərqli idi, əlbəttə. İnsanı yaxından tanımaq, xarakterinə bələd olmaq  onun haqqında düşüncələrinə də təsir edir. Heydər Əliyevi hər gün görürdüm, iş otağında olurdum, haqqında bilmədiklərim çox idi. Elə bir dahi şəxsiyyəti hər gün görmək hər adama nəsib olmur. Hər gün kimlərlə görüşlər keçirirdi, hansı mövzuları müzakirə edirdi, kiminlə necə danışırdı – hamısına şahidlik edirdim. Mənim üçün böyük bir məktəb idi. Və mənə elə gəlir ki, bu məktəbi keçdim. Gələcəyimdə rolu böyük oldu, çox şeyi anladım. 

     

    -    Səmimi söhbətləriniz olurdumu Heydər Əliyevlə? Ondan çəkinirdinizmi?

     

    -    Fotoqrafsansa, nəinki prezidentlə, istənilən şəxslə işləyərkən onun zövqünü oxşamalısan, nəyi bəyənir, nəyi bəyənmir – bilməlisən. Uzun müddət işləyəcəyin insanla bağlı hər məqamı nəzərə almalısan. İşə başlamazdan əvvəl mənimlə söhbətində öz tələblərini dedi. İlk gündən nədən xoşu gəlib-gəlmədiyini dedi. Onu da dedi ki, olar bilər, çəkiliş zamanı qalstukum əyri olsun, nəyisə düzəltməyə ehtiyac olsun, belə şeyləri sən kənardan daha yaxşı görə bilərsən. Ona görə də icazə verirəm, elə olanda yaxınlaşasan və bildirəsən. Amma 10 il ərzində bir dəfə də nə qalstukunun əyriliyini gördüm, nə də pencəyinin qırışını. Çox səliqəli insan idi və bütün etiketlərə əməl edirdi. 

     

    -    Dahi insanların görünməyən tərəfləri həmişə maraqlı olur. İşdən kənar vaxtlarda necə idi? 

     

    -    Çox işgüzar insan idi. İstirahətə demək olar ki, vaxtı olmurdu.  Ailə üzvlərinin ad günlərində olmuşam, lentə almışam. O qədər sadə insan idi ki... Təsəvvür edin ki, ad günlərini sadəcə ailəsi ilə qeyd edirdi. Təmtərağa ehtiyac görməzdi. Hər gün işə gəlirdi. Nə şənbə bilirdi, nə bazar. Evə ən tez saat 9-10-da gedirdi, bütün işləri həll edəndən sonra. 10 il ərzində 4-5 dəfə Zaqulbada istirahətinə vaxt ayırdı. Nəvələri ilə vaxt keçirirdi. Şəxsi fotoqrafı kimi təbii olaraq da mənim də iş qrafikim ona uyğun olmalı idi. Bu illər ərzində bir dəfə də məzuniyyətdə olmadım. 

     

    -    Bütün işçilərə qarşı belə tələbkar idi?

     

    -    Yüksək idarəetmə qabiliyyətinə malik idi. Prezident Aparatının rəhbəri və digər Aparat işçilərinin hərəsinin öz işi vardı. Prezident daha çox dövlət səviyyəli işlərlə məşğul olurdu.  

     

    -    Qeyd etdiniz ki, foto sənətinə bələd idi. Çəkilişlər zamanı onu istiqamətləndirməyə ehtiyac olurdumu?

     

    -    Olurdu, təbii ki. Bir dəfə yaxşı qar yağmışdı. Dedi, belə qarlı havada yaxşı şəkillər alınar, niyə təklif etmirsən? (gülür). Həmin gün fotosessiya etdik. Yəqin ki, qartopu atdığı fotosunu görmüsünüz. Foto elədir ki, hərəkət lazımdır, hərəkətlilik daha da maraqlı edir şəkli. Yaxınlaşdım, dedim, olar ki, qartopu düzəldəsiniz, maraqlı fotolar alınar. Sözüm xoşuna gəldi. Qartopu düzəltdi və əlini qaldırdı, dedi ki, vurum bu qartopuyla səni? (gülür). Atdı, yan keçdi, amma şad olardım ki, mənə dəysin. Elə adam var, əsəbiləşir ki, niyə mənə belə dedin? Heydər Əliyev isə əksinə, deyirdi ki, yaxşı nə kadr görürsənsə, nə çəkmək istəyirsən, yaxınlaş, de. 


    -    Ümummili Liderdən nə öyrəndiniz, onunla işləmək sizə nə qazandırdı? 

     

    -    İntizamlı olmağı... Əvvəllər bunun vacibliyini elə də anlamırdım, fərqinə varmırdım. Sonradan başa düşdüm ki, Heydər Əliyev elə bir insandır ki, dəqiqlik onun üçün çox önəmlidir. Zamanında dövlət təhlükəsizliyi orqanlarında çalışıb, verdiyi tapşırıqlar vaxtında və dəqiqliklə yerinə yetirilməlidir. Möhkəm yaddaşı vardı. Ətrafına qarşı nə qədər tələbkar idisə, özünə qarşı da bir o qədər elə idi. 

     

    -    Çəkdikləriniz arasında hələ də yayımlanmayan kadrlar varmı?

     

    -    Var, amma yayımlamıram. Elə fotolar var ki, heç kimə verməmişəm, özümdə qalıb. Nə vaxtsa lazım olsa, əlbəttə ki, istifadə edəcəyəm, bölüşəcəyəm. İstəyənlər olub, amma verməmişəm.  


    -    Çəkilişlər zamanı ən çətin anınız hansı olub? Hansısa görüş və ya səfər...

     

    -    Bütün çəkilişlər çətin olurdu. Ən çətini isə dövlət başçıları ilə olan görüşlər idi. Həmin vaxtlarda tək olurdum. Ağ Ev, Roma Papasının İqamətgahı, Yaponiya İmperatorunun Sarayı – dünya səviyyəli şəxslərlə görüşü çəkmək çətin və olduqca məsuliyyətli bir vəzifədir. Prezidentin şəxsi fotoqrafı tək mən olduğum üçün görüş keçirilən məkanlara daxil olmağa sadəcə mənə icazə verilirdi. Bakıya gələnə qədər fotolenti göz bəbəyin kimi qorumalı idin, çünki səndən başqa heç kim çəkiliş etməyib. İndi təsəvvür edin ki, fotolentlərdə kadrlar çıxmasa, necə biabırçılıq olardı. İndi foto çəkmək asanlaşıb, hər cür texnologiya var. Çəkən kimi baxıb, yaxşı, pis alındığını görə bilirsən. O vaxt belə şey yox idi. İndi fotoaparatı balaca uşağa da versən, çəkəcək. 


    -    Heydər Əliyev deyərkən ağlınıza müəllifi olduğunuz ilk hansı foto gəlir?

     

    -    Çəkdiyim portretləri yaxşı alınmışdı. Bir neçə şəkilə görə məni kabinetinə çağırtdırdığını da deyə bilərəm. Ulu Öndərin 70 illik yubileyində “Bakinskiy Raboçiy” qəzetinin baş redaktoru məndən onun sadə bir vətəndaş kimi çəkilmiş adi şəkillərini istədi. Bir neçəsini seçib, verdim. Üstündən bir həftə keçəndən sonra Heydər Əliyev məni çağırtdırdı. Hər dəfə məni çağırtdıranda narahat olurdum ki, görəsən, nə baş verib. İçəri girəndə masanın üzərindəki qəzetdə şəklini gördüm. İlk sualı belə oldu ki, bu şəkli sən çəkmisən? Üzündə gülüş yox idi, bilirsiniz, adam belə olanda daha da şübhələnir. Dedim, bəli, cənab Prezident, mən çəkmişəm. Güldü, "nə gözəl şəkildi, yaxşı edib, bunu vermisən, belə sadə şəkillərdən çox istifadə et”, - dedi.  

    -     Ailəniz, yaxınlarınız Heydər Əliyevin şəxsi fotoqrafı seçildiyinizi biləndə reaksiyaları necə oldu? 

     

    -    Çox adamın bundan xəbəri yox idi. Səhər 8-də evdən çıxırdım, bir də gecə 12-ni keçəndən sonra gəlirdim. Söhbət etməyə demək olar ki, vaxtım olmurdu.

     

    -    Ümumiyyətlə, ətrafınız, bilənlər sizdən Heydər Əliyev barədə soruşurdumu? Yəqin ki, çoxuna maraqlı olub...

     

    -    Mənə elə gəlir ki, bütün Azərbaycan xalqı Ulu Öndəri yaxşı tanıyırdı. Xalq Prezidentini sevirdi və daim dəstəkləyirdi. 


    -    Haqqınızda nə düşünürdü? İşinizi bəyəndini sizə bildirirdimi?

     

    -    Bəli, bəli... 50 yaşım tamam olanda çox adam bundan xəbərsiz idi. Dedilər, Prezident səni çağırır. Otağına daxil oldum, ayağa qalxdı, yaxınlaşdı, dedi, 50 yaşın tamam olur, mən elə bilirəm sənin hələ 30-40 yaşın var, ürəkdən təbrik etdi. Heç vaxt yadımdan çıxmaz, o dahi insan mənimlə bir saat təkbətək söhbət etdi. Axırda da problemlərimi soruşdu. Dedim, sizin Azərbaycan boyda probleminiz var, mənimki bunun yanında nədir ki? Bax, belə hadisələr olub. 

     

    -    Prezidentin şəxsi fotoqrafı olduğunuz üçün sizdən çəkinənlər vardımı? Özünüzə qarşı xüsusi münasibət, güzəştlər hiss edirdinizmi? Və bundan üstünlük kimi istifadə etmisinizmi?

     

    -    Heç vaxt istifadə etməmişəm. İstifadə etsəydim, nə isə... Məni tanıyanlar bilirlər ki, uşaqla uşağam, böyüklə böyük. Nə vaxtsa kimsədən nəsə tələb etməmişəm. Öz yükümü özüm çəkmişəm. Həyatda hər şeyi öz gücümə etmişəm.  

     

    -    Məkkəyə səfər zamanı Heydər Əliyevlə Kəbənin içərisini də ziyarət etmisiniz. Bu, dünyaca tanınmış, seçilən insanlara edilən jest idi. Necə deyərlər, bağlı qapılar Ulu Öndərin üzünə açıq olurdu. Sizcə, bunun sirri nədə idi? 

     

    -    Ulu Öndərin nüfuzu... ”Politbüro”da öndə gedən 9-10 nəfərdən biri idi, bu məqama yüksəlmək hər adamın işi deyildi. Heydər Əliyev dünyaşöhrətli siyasətçi, uzaqgörən dövlət xadimi idi.



    -    Heydər Əliyevin son kadrları... İyulun 8-də Ankarada təyyarə trapından düşəndə yenə də şəkillərini siz çəkmisiniz, Ulu Öndərin son fotolarını… Bu sizə necə təsir etmişdi?

     

    -    Düşünürdüm ki, Heydər Əliyevlə yenidən görüşəcəyik.  Mənə elə gəlirdi ki, o insan yüz illər yaşayacaq. Səhnədə yıxıldı, ikinci dəfə yenidən qayıtdı, yaxınları onu fikrindən döndərə bilmədi. İnadkar insan idi. İkinci dəfə də səhnəyə çıxdı, üçüncü dəfə də. İnanmırdım ki, ona nəsə olsun. Lakin vəzifəsini sona qədər yerinə yetirdi, insanlarla sağollaşmamış səhnəni tərk etmədi.  

     

    -    Yeni tarixi dövrə qədəm qoymuşuq. Qarabağ azaddır, Xankəndində, Xocalıda bayrağımız dalğalanır. Deyirlər, insan dünyadan köçsə də ruhu baş verənlərdən xəbərdar olur... 

     

    -    93-cü ildən Heydər Əliyevlə işləməyə başlayandan son günə qədər elə bir rəsmi, işgüzar görüş yox idi ki, Prezident orada Qarabağdan bəhs etməsin. Dövlət başçıları, siyasi xadimlər, xarici nümayəndələrlə keçirdiyi bütün görüşlərində Qarabağ məsələsini qaldırırdı. Yaponiya İmperator Sarayındayıq, bilirsiniz, Azərbaycanla Yaponiya arasında 10 min kilometrə qədər məsafə var. Orada hətta bu məsələni qaldırdı. Elə bir təbliğat aparırdı ki, bununla bir çox dövlət başçılarının fikirlərinin dəyişməsinə nail oldu. Bunun nəticəsi idi ki, BMT-də Azərbaycanın lehinə dörd qətnamə qəbul edildi. Ailədaxili söhbətlərinin də şahidi olmuşam. Oğlu – layiqli davamçısı ilə söhbətlərində də Qarabağ məsələsini tez-tez müzakirə edirdi. Cənab İlham Əliyev də atasının vəsiyyətini şərəflə yerinə yetirdi. Hər oğul atasının arzusunu yerinə yetirməyə borcludur. Mərhum Ulu Öndərin ruhu şaddır


    Oxunub: 78
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      14-10-2025
      23:45 | Daha bir tanınmış vəkilin fəaliyyəti dayandırıldı
      23:40 | RAMİZ MEHDİYEV HƏBS OLUNDU! - Dövlətə xəyanətdə ittiham olunur! /VİDEO
      23:35 | Taksi sayına niyə kvota qoyulub? - RƏSMİ AÇIQLAMA
      19:00 | Keçmiş icra başçısı Musa Şəkiliyev hakim qarşısına çıxarıldı -  Qərar verildi /MƏHKƏMƏ
      18:45 | Azərbaycan-Pakistan-Türkiyə SPİKERLƏRİNİN GÖRÜŞÜ - İslamabad Bəyannaməsi qəbul edildi
      18:30 | Dünyanın ən güclü pasportları açıqlandı: Azərbaycan neçəncidir?
      18:20 | Azərbaycanda bu şəxslər dövlətdən pulsuz avtomobil ala bilər - RƏSMİ
      18:15 | Ukraynada çağırış yaşında olan 1,5 milyon kişi AXTARIŞA VERİLDİ
      18:10 | Prezident bu nazirliyin bəzi səlahiyyətlərini ləğv etdi
      18:00 | DÜNYADAKI ƏN BAHALI MADDƏ - Nə qızıl, nə də platindir
      17:55 | Krımdan yerli əhali təxliyyə edilir - Feodosiya neft bazasında yanğın...
      17:50 | Ən çox şikayət olunan internet provayderlərinin adı açıqlanıb
      17:45 | Mərkəzi Bank Adil Əliyevi cərimə etdi - Valyuta qaydalarını pozduğu üçün
      17:40 | Kadırov 36-cı medalını aldı -  Onların arasında görün hansı medallar var?
      17:30 | Plastik cərrahiyyədə “ƏLƏKDƏN KEÇƏNLƏR”: Kimə İCAZƏ verildi, kimlər KƏNARDA QALDI? - ADLAR
      17:25 | Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək
      17:20 | İşğaldan azad olunan ərazilərdə yaşayanların sayı AÇIQLANDI
      17:15 | Çindən Rusiyaya dron texnologiyası axını güclənir - "The Washington Post"
      16:35 | Əhali dərmana niyə 1 milyard manat xərcləyib?- İqtisadçı-ekspert
      16:15 | “ÇƏKİNİRƏM, QORXURAM...” -  “Daha o məclislərə getmirəm...”
      14:30 | Bakıda TAKSİLƏRİN SAYINA LİMİT QOYULDU - Nazirlər Kabinetindən TƏSİRLİ QƏRAR /VİDEO
      14:25 | Prezident Yaxın Şərq Sülh Sammitində iştirakı ilə bağlı VİDEO PAYLAŞDI
      14:20 | Tramp dünyanın ən zəngin ölkəsinin adını AÇIQLADI
      14:15 | BU ölkənin PREZİDENTİ Fransanın hərbi təyyarəsi ilə QAÇDI - FOTO
      13:40 | Dünyada ƏN ÇOX ÖLÜMƏ SƏBƏB OLAN XƏSTƏLİK - NECƏ YARANIR?
      13:35 | "Minsk qrupu ilə bağlı strukturlar dekabrın 1-dən gec olmayaraq bağlanacaq"-  ATƏT sədri
      13:30 | Bu ölkə Rusiyadan neft idxalını iki dəfə azaldıb - Özəl neft emalı müəssisələri isə artırır
      13:25 | Kiyev “Tomaqavk”-a sahib olmağın bir addımlığında -  ABŞ buraxılış qurğusunu təqdim etdi
      13:20 | Prezident “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb
      13:15 | KASPAROV, XODORKOVSKİ VƏ DİGƏRLƏRİ...- Kreml onları “dövlət çevrilişinə cəhddə” ittiham etdi
      13:10 | Rus ordusunun son sutkadakı itkiləri açıqlandı -  SİYAHI
      13:05 | Azərbaycan, Rusiya və İran üçtərəfli işçi qrupu yaradacaq
      13:00 | İki ayda dördüncü görüş - “Erməni radikallar narahatdırlar, amma...”
      12:55 | ATƏT sədri Ermənistanda Ararat Mirzoyanla görüşüb
      12:50 | AGENTLİK ƏMƏKDAŞLARI İLƏ MÜHAFİZƏÇİLƏR ARASINDA DAVA -  Sədərək Ticarət Mərkəzində olay /VİDEO
      12:45 | "Hər il təhsilə, təxminən 5 milyard manat ayrılır"- Nazir müavini
      12:40 | Pakistanla gərginlik daxili qruplaşmadan qaynaqlanır - Nurulhak Ənvər
      12:35 | Böyük Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ
      12:30 | “Tək ya iki dövlət fərq etmir, biz Qəzzanı bərpa etməliyik”- Tramp
      13-10-2025
      21:00 | "Ehtiyac yarandığı zaman Ərdoğan həmişə yanımda olub"- Tramp /VİDEO
      21:00 | QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI -  "Dünya üçün böyük bir gündür" /FOTO
      20:45 | İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb - VİDEO
      20:44 | Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...- VİDEO
      17:20 | Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
      17:00 | Olayın səbəbi: Ərdoğan pilota "geri dönün" əmri verib -  Netanyahunun gəlməyəcəyini bilincə...
      16:45 | ÖLKƏDƏ BU ƏRZAQ MƏHSULLARININ QİYMƏTİ KƏSKİN BAHALAŞIB - İqtisadçı səbəbləri açıqladı
      16:35 | ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var - Tramp
      16:30 | Qohumla evlənmək üçün... övlad valideyndən imtina edə bilər?
      16:25 | Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
      16:20 | Ərdoğan Misirdə! Təyyarə əvvəlcə uçuş zolağından çıxıb...
      15:45 | “KÖÇƏRYANDAN XAHİŞ ETDİM Kİ, MƏNİ EVİMƏ APARSINLAR”- Misir Mərdanovla MÜSAHİBƏ
      15:30 | İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü - FOTOLAR
      15:25 | Misir Prezidenti İlham Əliyevi belə qarşıladı - VİDEO
      15:20 | Netanyahu:  “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
      15:15 | Deputat partiyadan çıxarılıb -  "Qüdrət müəllim telefon zənglərimi bloka atıb"
      15:10 | BAKIDA GÖMRÜK məmurunu QADINA GÖRƏ ÖLDÜRÜBLƏR -  ŞOK DETALLAR
      14:41 | "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-  Tramp
      13:20 | Tehran küçələrində hicabsız qadınlar - İranda nə baş verir? /FOTOLAR
      13:15 | Prezident dəmir yolu işçilərini təltif etdi - ADLAR
      13:10 | Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
      13:00 | "AZƏRBAYCAN VƏ QAZAXISTAN TƏHDİD ALTINDADIR..."- “Rusiya ilə əvvəlki münasibətləri bərpa etmək mümkün deyil”
      12:45 | Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
      12:30 | 5 ÖLKƏYƏ qırıcı təyyarələrə sahib olmaq QADAĞANDIR - SƏBƏB NƏDİR?
      12:25 | Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
      11:40 | Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
      11:30 | BAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ - 16 yaşlı oğlan saxlanılıb /FOTOLAR
      11:25 | İsrail və HƏMAS arasında əsir mübadiləsi başladı - FOTO/VİDEO
      11:20 | Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb
      11:15 | Şair Əlisəmid Kür vəfat edib
      11:00 | Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək
      00:30 | MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
      00:25 | Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
      00:25 | İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
      00:22 | Bu şəxslərin ölüm riski yüksəkdir -  XƏBƏRDARLIQ
      00:20 | Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
      00:15 | RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
      00:10 | İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
      00:07 | Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU
      00:05 | İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
      00:00 | Фейк, который не успели спрятать. «Истерики древнего мира»
      12-10-2025
      18:45 | İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
      18:40 | Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
      18:15 | Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
      18:00 | DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
      17:45 | İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
      17:40 | Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
      17:20 | Əfqanıstanla Pakistan sərhədində AĞIR DÖYÜŞLƏR BAŞLAYIB
      17:15 | Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
      17:10 | 38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
      17:00 | Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
      16:35 | Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
      16:00 | Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
      15:55 | İlham Əliyev İspaniya Kralını təbrik etdi
      15:45 | AZƏRBAYCANDA NİYƏ MİYONÇULARIN RƏSMİ SİYAHISI YOXDUR? - Ekspertdən ritorik sual
      15:40 | "Taliban"dan fərqli olaraq, müki əhalini hədəfə almırıq"- Pakistan XİN
      15:30 | Misirdə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
      15:20 | Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
      15:15 | Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
      15:00 | İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
      14:35 | Kürdlər və Dəməşq neft sazişi bağladı
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.