“Seçicilər “İndi yox, Tim” mesajını aydın şəkildə çatdırdılar” - Daha bir respublikaçı seçki yarışından geri çəkildi
Cənubi Karolina ştatından senator Tim Skott 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etməmək qərarına gəlib.
Globall.az Hurriyyet.az a istinadən xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına açıqlamasında bildirib.
“Düşünürəm ki, planetin ən gözəl insanları olan seçicilər mənə “İndi yox, Tim”i aydın şəkildə çatdırdılar”, o deyib.
Skott həmçinin qeyd edib ki, o, Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizədliyini irəli sürməyəcək.
Qeyd edək ki, oktyabrın 31-dən noyabrın 3-dək YouGov-un keçirdiyi sorğuya əsasən, Respublikaçılar Partiyasından Skottun prezidentliyə namizədliyini cəmi 4% seçici dəstəkləyib. Florida qubernatoru Ron DeSantis (18%), ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli (9%) faiz səs toplayıb. ABŞ-ın keçmiş prezidenti Donald Tramp 61% nəticə ilə liderliyi qoruyub saxlayır.
Xatırladaq ki, Tramp 2022-ci il noyabrın ortalarında prezidentliyə namizədliyini irəli sürmək niyyətini açıqlayıb. Eyni zamanda, hazırkı dövlət başçısı Co Bayden də prezidentlik uğrunda mübarizə aparmağı planlaşdırır. O, bu qərarı 2023-cü il aprelin sonunda elan edib.