Azərbaycanda məktəbli qızılcadan vəfat etdi
"Məktəbin 4-cü sinfində təhsil alan Rinat ailənin tək övladıdır. Dünən gecə saatlarında yüksək temperaturla həyatını itirib".
Globall.az olke.az-a istinadən bildirir ki, bunu 195 saylı orta məktəbin direktoru Laçın Hüseyinli deyib.
Son 5 gündə 200-dən çox yoluxma olduğunu deyən direktor 3 növbəli məktəbin bir nəfər də olsa, həkimi olmadığını söyləyib.
L.Hüseyinli əlavə edib ki, iki ildir məktəb üçün tibb bacısı tələb etmələrinə baxmayaraq müvafiq addım atılmayıb.
Oxunub: 82
Xəbəri paylaş
Paylaş: