Aynurun qızı da qızılcaya yoluxdu: "Çox narahatam"
Müğənni Aynur Dadaşovanın qızı qızılca xəstəliyinə yoluxub.
Globall.az bizim.media-a istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində məlumat verib.
Aynur bildirib ki, qızının temperaturu olsa da, bədənində səpgilər müşahidə edilməyib:
"Qızım 6 nömrəli məktəbdə təhsil alır. Bu son 3-4 gün 39 dərəcə temperaturu oldu, amma səpgiləri olmadı. Onu məktəbdən saxlamadım. Gedir-gəlir. Çox narahatam. Bir çox valideynlər övladlarını dərsə getməyə qoymur. Getməyəndə də dərslərdən geri qalırlar. Uşaq vaxtı qızım peyvənd olunub. Bununla bağlı peyvənd kitabçası da var".
Oxunub: 85
Xəbəri paylaş
Paylaş: