Xoşqədəm Hidayətqızı: "Arın mənə deyir necə olur ki, sən öz itimizi tapa bilmirsən?"
Dünən ARB TV-də yayımlanan "Səni axtarıram” verilişində itlərinin itməsi ilə bağlı məlumat verən Xoşqədəm Hidayətqızı ilk dəfə peşmançılığını dilə gətirib.
Övladı ilə arasındakı dialoqu izləyicilərinə danışan aparıcı təəssüf hissi ilə itlərin geri gəlmədiyini bildirib:
"Bu gecə bizim üçün çox çətin keçdi onlarsız. İlk dəfə bir axtarış proqramı yaratdığım, apardığım üçün peşman olmuşam. Çünki Arın mənə deyir necə olur ki, sən öz itimizi tapa bilmirsən? Uşaq çox böyük depressiyadadır. Hər kəsdən çox xahiş edirəm bir daha. Tokionu tapmaqda bizə kömək edin”.
Qeyd edək ki tanınmış aparıcı, itlərini tapan şəxsə mükafat verəcəyini bildirib.
Azxeber.com
Oxunub: 94
Xəbəri paylaş
Paylaş: