Xoşqədəm Hidayətqızını efirə çıxmağa qoymadılar
"Həmin gün mənim bir gözüm sevindi, bir gözüm ağladı".
Globall.az Yenisabah.az-a istinadən xəbər verir ki, bunu Xoşqədəm Hidayətqızı öz verilişində deyib.
Aparıcı ad çəkmədən 3 il öncə Zəfər Günündə ona pislik edən insana səslənib:
"Zəfər Günü oyun qurub məni efirə çıxmağa qoymadılar. Onu heç vaxt bağışlamaram. Nə olursa-olsun. Həmin gün mənim bir gözüm sevindi, bir gözüm ağladı.
Mən vaxtilə ermənilərin törətdiyi vəhşilikləri gözümlə görmüşəm. O ağır günlər heç vaxt yadımdan çıxmır.
Atam səngərdə kəndi qoruyurdu, üzünü görmürdük, gecə-gündüz növbə çəkirdilər. Ona görə də deyirəm, səni o dünyada da bağışlamayacağam. Bunu bil".
Oxunub: 104
Xəbəri paylaş
Paylaş: